...

6 ayda sosial xidmət müəssisələrindən 37 nəfər ailələrə qayıdıb

Cəmiyyət Materials 15 İyul 2016 11:24 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial xidmət müəssisələrində 1050 nəfər tam dövlət təminatında yaşayır.
6 ayda sosial xidmət müəssisələrindən 37 nəfər ailələrə qayıdıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial xidmət müəssisələrində 1050 nəfər tam dövlət təminatında yaşayır.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

1 iyul tarixinə ƏƏSMN-nin sosial xidmət müəssisələrində yaşayan 1050 nəfərdən 316 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Oonlar nazirliyin 1 və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayırlar.

18 yaşından yuxarı ruhi-əsəb əlilləri olan 515 nəfər nazirliyin aidiyyəti psixonevroloji internat evlərində yerləşdiriliblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri üçün pansionatında yaşayan ahılların sayı isə 219 nəfər təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyevin sosial cəhətdən həssas qruplardan olan insanlara diqqət və qayğısı sosial xidmət müəssisələrində dövlət himayəsində yaşayan şəxslərin hərtərəfli təminatlarının gücləndirilməsinə də şərait yaradıb. Son illərdə bu müəsissələrdə müasir tələblərə uyğun şəraitin yaradılması üçün əsaslı təmir və yenidənqurma işləri aparılıb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, Müharibə və əmək əlilləri üçün pansionatda və digər müəssisələrdə nümunəvi yaşayış və reabilitasiya şəraiti mövcuddur. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Qeyd olunan müəssisələrdə yaşayan şəxslərin doğma ailə mühitinə qayıtmaları üçün müvafiq tədbirlər də həyata keçirilir. Cari ilin ötən dövründə bu tədbirlərin nəticəsi kimi, sosial xidmət müəssisələrindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çox, yəni 37 nəfərin doğma ailə mühitinə qayıtmaları təmin olunub. Onlardan 18 nəfərini sağlamlıq imkanları məhdud uşaqlar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti