Bakı. Elçin Mehdiyev - Trend:
Biz ailəlikcə gimnastika yarışını izləməyə gəlmişik. Çox maraqlıdır, bizə çox böyük zövq verir və vaxtımızı səmərəli keçiririk.
Bunu Trend-ə iyulun 22-24-də Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalına tamaşa etməyə gəlmiş gimnastika azarkeşi, Azərbaycanda yaşayan livanlı Əbdülhəmid Bazi deyib.
O qeyd edib ki, yarışma çox yüksək səviyyədə təşkil edilib, həm tamaşaçıların, həm də idmançıların rahatlığı üçün hər cür şərait yaradılıb: "Azərbaycana təşəkkür edirik ki, bu cür maraqlı yarışmalar təşkil edir".
Ə.Bazi bildirib ki, Azərbaycanda idmana böyük diqqət göstərilir: "Elə bu Milli Gimnastika Arenasının möhtəşəmliyi idmana diqqətin nə dərəcədə olduğunu göstərir. Çox müasir, hər cür şəraiti olan bir arenadır".
Livanlı azarkeş əlavə edib ki, bu beynəlxalq yarışa ev sahibliyi etmək Azərbaycanı dünyada daha yaxşı təbliğ edir.
Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.