...

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Cəmiyyət Materials 26 İyul 2016 18:06 (UTC +04:00)
TQDK iyul ayının 29-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Bakı. Trend:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 29-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

Trend TQDK-nın saytına istinadən xəbər verir ki, bu mərhələdə 2016-cı ilin aprel ayının 1-dən 28-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən 539 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlər “Qabiliyyət imtahanına buraxılış vərəqələri”ni 27 iyuldan etibarən çap edib götürə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti