...

Bakıda yeni sosial çarxlar (FOTO/VİDEO)

Cəmiyyət Materials 18 Avqust 2016 11:58 (UTC +04:00)
Bakıda “Mədəni insan modelini etik davranışlar formalaşdırır!” adlı layihəsi çərçivəsində sürücülük mədəniyyətinin təbliği və azarkeş mədəniyyəti mövzusunda sosial çarxların təqdimat mərasimi keçirilib.
Bakıda yeni sosial çarxlar (FOTO/VİDEO)

Bakı. Elçin Hüseynov - Trend:

Bakıda “Mədəni insan modelini etik davranışlar formalaşdırır!” adlı layihəsi çərçivəsində sürücülük mədəniyyətinin təbliği və azarkeş mədəniyyəti mövzusunda sosial çarxların təqdimat mərasimi keçirilib.

Azərbaycan Jurnalistlər Şəbəkəsindən (AJŞ) Trend-ə verilən məlumata görə, layihənin məqsədi gənclər arasında mədəni dəyərlərin təbliği, şəhər nəqliyyatında, yollarda, park və xiyabanlarda ictimai davranış qaydalarının təbliği məqsədilə gənclərin daha mədəni vətəndaş kimi formalaşmasına töhfə vermək üçün sosial videoçarxların hazırlanması və böyük gənclər kütləsinə çatdırılmasıdır. Videoçarxların mahiyyəti ictimai yerlərdə gənclər arasında davranış və etiket qaydalarının təbliği və bu qaydalara əməl olunmasına gəncləri təşviq etməkdən ibarətdir.

Layihənin məqsədi sosial videoçarxlar vasitəsi ilə ictimai davranış qaydalarının təbliği və bu qaydalara əməl olunmasına gəncləri təşviq etməkdir. Bununla belə daha etik, anlaşıqlı, aqressiyadan kənar bir toplumun yetişməsində yardımçı olmaq, gənclərdə etik dəyərləri daha güclü formalaşdırmaq və ictimai davranış normalarını cəmiyyətə çatdırmaqdır. Artıq layihə çərçivəsində bir neçə sosial çarx hazırlanıb və təqdim olunacaq.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və AJŞ-nin təşkilati dəstəyi ilə "Azəri Yurdu" Gənclər İctimai Birliyi tərəfindən keçirilir.

 

 

Xəbər lenti

Xəbər lenti