...

Şamaxıda güclü yanğın - əraziyə canlı qüvvə və texnika cəlb olunub

Cəmiyyət Materials 18 Avqust 2016 17:12 (UTC +04:00)
Bu gün saat 14:00 radələrində Şamaxı rayon Şərədil bələdiyyəsinə məxsus kolluq örüş sahəsində yanğın hadisəsi baş verib.
Şamaxıda güclü yanğın - əraziyə canlı qüvvə və texnika cəlb olunub

Bakı. Trend:

Bu gün saat 14:00 radələrində Şamaxı rayon Şərədil bələdiyyəsinə məxsus kolluq örüş sahəsində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısını almaq məqsədilə ETSN-nin  yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası təcili olaraq hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti