...

Nazir: Orta məktəblərin əksəriyyəti müasir standartlara uyğun təmir edilib

Cəmiyyət Materials 31 Avqust 2016 10:46 (UTC +04:00)
Azərbaycan təhsilinə dövlət dəstəyi son illərdə əhəmiyyətli dərəcədədir.
Nazir: Orta məktəblərin əksəriyyəti müasir standartlara uyğun təmir edilib

Bakı. Samir Əli - Trend:

Azərbaycan təhsilinə son illərdə əhəmiyyətli dərəcədə dövlət dəstəyi göstərilir.

Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən “İdarəetmə elmi və mühəndislik idarəetməsi” beynəlxalq konfransında (“ICMSEM 2016”) təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, son 20 ildə Azərbaycandakı orta məktəblərin əksəriyyəti yeni və müasir standartlara uyğun təmir edilib: "Son 20 ildə Azərbaycanda olan məktəblərin 70 faizi ya əsaslı təmir edilib, ya da yenidən inşa edilərək istifadəyə verilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti