...

Uzun istilərdən sonra sərin havalar

Cəmiyyət Materials 1 Sentyabr 2016 12:26 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Uzun istilərdən sonra sərin havalar

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 24-27° isti, Bakıda gecə 21-23° isti, gündüz 25-27° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti, dağlarda gecə 13-17° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti