...

Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması qaydası təsdiqlənib

Cəmiyyət Materials 17 Sentyabr 2016 09:30 (UTC +04:00)
Nazirlər Kabineti “Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası”nı təsdiqləyib.
Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması qaydası təsdiqlənib

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabineti “Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası”nı təsdiqləyib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, reyestrin formalaşdırılması, aparılması, istifadəsi və orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında həyata keçirilir. Reyestr elektron formada aparılır.

Reyestrdən dövlət orqanları, bələdiyyələr, təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, fərdi sahibkarlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər istifadə edə bilərlər.

Reyestrdən istifadə və reyestrdən məlumatların alınması ödənişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti