...

Mübariz Qurbanlı Ağsuda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 23 Sentyabr 2016 10:33 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 28-də Ağsu rayonunda Şamaxı, İsmayıllı və Ağsu rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Ağsu şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində (ünvan: M.Rəsulzadə küçəsi) saat 10:00-da keçiriləcək.
Mübariz Qurbanlı Ağsuda vətəndaşları qəbul edəcək

Bakı.Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 28-də Ağsu rayonunda Şamaxı, İsmayıllı və Ağsu rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Ağsu şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində (ünvan: M.Rəsulzadə küçəsi) saat 10:00-da keçiriləcək.

Komitədən Trend-ə verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti