...

Xəbərdarlıq: Yaxın günlərdə havalar qeyri-sabit keçəcək

Cəmiyyət Materials 27 Sentyabr 2016 12:37 (UTC +04:00)
Sentyabrın 28-dən oktyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Xəbərdarlıq: Yaxın günlərdə havalar qeyri-sabit keçəcək

Bakı. Trend:

Sentyabrın 28-dən oktyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bəzi yerlərdə leysan xarakterli yağışların intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti