...

SAT imtahanlarının nəticələrinin elan olunacağı tarix bilindi

Cəmiyyət Materials 3 Oktyabr 2016 15:11 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 1-də növbəti SAT imtahanlarını (2 fərqli SAT imtahanı: SAT və SAT esse) keçirib.
SAT imtahanlarının nəticələrinin elan olunacağı tarix bilindi

Bakı. Trend:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 1-də növbəti SAT imtahanlarını (2 fərqli SAT imtahanı: SAT və SAT esse) keçirib.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahanlar TQDK-nın inzibati binasında təşkil olunmaqla təlimata uyğun keçirilib. İmtahanlarda 23 nəfərin iştirakı nəzərdə tutulsa da, 16 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan nəticələrinin oktyabr ayının 27-də elan olunması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti