...

Çaylarımızın sululuq səviyyəsi - təhlükə varmı?

Cəmiyyət Materials 8 Oktyabr 2016 11:14 (UTC +04:00)
Respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb.
Çaylarımızın sululuq səviyyəsi - təhlükə varmı?

Bakı. Trend:

Respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 100-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-20 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 07-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 121 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 123 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 57 m3/s olmaqla, ongünlük normanın 60 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 58 m3/s təşkil edərək ongünlük normanın 61 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə isə, oktyabrın 07-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13, Salyanda 20, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 420 sm (2015-ci il oktyabrın 07-də 394 sm), Salyanda 301 sm (2015-ci il oktyabrın 07-də 124 sm), Bankədə 233 sm (2015-ci il oktyabrın 07-də 158 sm), Araz çayının Novruzlu məntəqəsində isə 155 sm (2015-ci il oktyabrın 07-də 110 sm) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti