...

Ağcabədi sakinləri zərərli dini təriqətlərlə bağlı məlumatlandırılıb (FOTO)

Cəmiyyət Materials 13 Oktyabr 2016 17:50 (UTC +04:00)
Ağcabədidə "Zərərli dini təriqətlərə qarşı mübarizə" mövzusunda dini maarifləndirici seminar keçirilib
Ağcabədi sakinləri zərərli dini təriqətlərlə bağlı məlumatlandırılıb (FOTO)

Bakı. Trend:

Bu gün Ağcabədi rayon Mərkəzi Xəstəxanasında Ağcabədi rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Vəhhabilik və digər zərərli dini təriqətlərə qarşı mübarizə" mövzusunda dini maarifləndirici seminar keçirilib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, seminarda Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov, Ağcabədi rayon polis şöbəsinin rəisi Məhəmməd İbrahimov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi şöbəsinin rəisi Natiq Zamanov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Hüseynov, rayon səhiyyə və tibb işçilərinin 300-dən artıq nümayəndəsi iştirak edib.

Seminarı giriş sözü ilə açan Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkimi A.Hüseynov mövzu ilə bağlı çıxış edərək zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.

Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri S.Səmədov zərərli dini təriqətlər-vəhhabilik, nurçuluq və digər belə dini cərəyanların yaranması, təbliğat metodları, məqsədləri haqqında geniş məlumat verib.

Məruzə ətrafında Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri N.Mustafayeva, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Ə.Nəcəfov çıxış ediblər.

Seminarın sonunda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti