Bakı. Trend:
Batumi şəhərində şahmat üzrə beynəlxalq turnirə start verilib.
12 yaşadək uşaqlar arasında şahmat üzrə dünya çempionatının açılış mərasimində Acarıstanın hökumət nümayəndələri, Avropa Şahmat İttifaqının sədri Zurab Azmaiparaşvili, Gürcüstan Şahmat Federasiyasının sədri Gia Qiorqadze iştirak ediblər.
Mərasim zamanı Acarıstan hökumətinin sədri Zurab Pataradze ilk simvolik gedişi edib.
Turnirin açılışı zamanı Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov Azərbaycanın yeniyetmə şahmatçılarını salamlayıb, onlara yarışda ugurlar arzulayıb.
Qeyd edək ki, dünya çempionatında 66 ölkədən olan 728 iştirakçı ,o cümlədən Gürcüstandan 100-dən çox şahmatçı iştirak edir.
Turnir oktyabrın 30-da başa çatacaq.