...

Dünyəvi dövlətdə din: Azərbaycan modeli (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2016 09:45 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyar olub. Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu fikirlər DQİDK-nin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə oktyabrın 27-də Şəkidə keçirilən “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninqdə səsləndirilib.

Seminarda aidiyyəti qurumların məsul nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev açaraq rayonda dövlət-din münasibətləri sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Dini radikalizm və dini ekstremizm kimi mənfi meyillərə qarşı mübarizədə belə maarifləndirmə tədbirlərinin əhəmiyyəti xüsusi vurğulanıb.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov məruzəsində ölkəmizdə formalaşmış dövlət-din münasibətlərindən, dini radikalizmin fəsadlarından, onun yaranma səbəblərindən, bu sahədə aparılan mübarizə üsullarından ətraflı bəhs edib. Dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərin təbliği, tolerant və multikultural ənənələrin təşviqi, eləcə də ənənəvi İslamın dirçəldilməsi məqsədi ilə hərtərəfli maarifçilik işini özündə ehtiva edən kompleks tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Məruzə ətrafında çıxışlarda Azərbaycanda mövcud olan dini tolerantlıq, dünyəvilik, multikulturalizm ənənələri və milli-mənəvi dəyərlərdən geniş söhbət açılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti