...

"CinemaPlus"da "Halloween" festivalı keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 1 Noyabr 2016 14:24 (UTC +04:00)
Premium kinoteatr “CinemaPlus” 28 Mall payızın rəngarəng bayramlarından olan “Halloween”da təbilçilərin musiqi şousunun müşayiəti altında mistik personajların və super qəhrəmanların maskarad festivalını keçirib.
"CinemaPlus"da "Halloween" festivalı keçirilib  (FOTO/VİDEO)

Bakı. Trend:

Premium kinoteatr “CinemaPlus” 28 Mall payızın rəngarəng bayramlarından olan “Halloween”da təbilçilərin musiqi şousunun müşayiəti altında mistik personajların və super qəhrəmanların maskarad festivalını keçirib.

Bütün dünyada məşhur olan bu maraqlı və orijinal bayramda “CinemaPlus” Ganjlik Mall və 28 Mall kinoteatrlarının foyeləri qorxulu – xoş dekorasiyalar ilə bəzədilib. Qonaqlar qurulmuş Halloween atmosferindən məftun olublar, xatirə şəkilləri və şən selfilər ediblər, həmçinin, böyük həvəslə maskarad festivalına qoşulublar.

Amapola Exclusive Events şirkətinin dekorçular komandasına xüsusi təşəkkürlər.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdı.

Xəbər lenti

Xəbər lenti