Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün biletlər mart-aprel aylarında satışa çıxarılacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə Koordinasiya Komissiyasının 4-cü iclasından sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, biletlərin satışı birinci Avropa Oyunlarında olduğu qaydada həyata keçiriləcək: “Bakıda bir neçə yerdə, o cümlədən tərəfdaş olan ticarət mərkəzlərində satış mərkəzləri olacaq, həmçinin internet vasitəsilə biletlərin satışı həyata keçiriləcək”.Biletlərin qiymətlərinə gəlincə, nazir qeyd edib ki, qiymətlər Avropa Oyunlarında olan biletlərin qiymətindən artıq olmayacaq.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixində Bakıda keçiriləcək.