...

M.V.Lomonosov adına MDU filialı Bakıda Açıq qapı günü keçirəcək

Cəmiyyət Materials 22 Noyabr 2016 12:38 (UTC +04:00)
M.V.Lomonosov adına MDU-nun Bakı filialı abituriyentləri Açıq qapı gününə dəvət edir.
M.V.Lomonosov adına MDU filialı Bakıda Açıq qapı günü keçirəcək

Bakı. Trend:

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı 2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları ilə tanış olmaq məqsədilə abituriyentləri Açıq qapı gününə dəvət edir.

Həmin gün MDU0-nun Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və yeni açılan fizika fakültələrində bakalavr hazırlığı ilə bağlı hərtərəfli məlumat almaq imkanı əldə edəcəksiniz.

Açıq Qapı Günü 26 noyabr 2016-cı il tarixində saat 14:00-da aşağıdakı ünvanda keçiriləcək:

Bakı şəh., H.Cavid prospekti, 133 (Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında)

Əlaqə telefonu: (012) 598 93 32

Məqalədə:
Xəbər lenti

Xəbər lenti