...

"PAŞA Həyat" müsabiqə elan edib (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2016 12:25 (UTC +04:00)
"PAŞA Həyat Sığorta" ASC Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakultəsinin tələbələri üçün müsabiqə elan edib.
"PAŞA Həyat" müsabiqə elan edib (FOTO)

Bakı. Trend:

Azərbaycan sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat” BDU-nun jurnalistika fakultəsinin tələbələri üçün “Azərbaycanda həyat sığortası” mövzusunda yazı müsabiqəsi elan edib.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqəyə 23 noyabrdan start verilib və yazıların son qəbulu günü 17 dekabrdır.

Müsabiqənin şərtlərinə görə, pul mükafatı yalnız I, II və III yerlərin qalibinə təqdim olunur və qeyd olunan yerlər üzrə ümumu mükafat fondu 1 000 AZN təşkil edir. Mükafatların yerlər üzrə məbləğinə gəldikdə isə I yer üçün 500 manat, II yer üçün 300 manat, III yerin qalibinə 200 manat pul mükafatı veriləcək. Qaliblərə və müsabiqədə fərqlənən iştirakçılara “PAŞA Həyat” tərəfindən hədiyyələr də təqdim olunacaq.

Müsabiqəyə təqdim olunan məqalənin həcmi üçün minimum və maksimum hədd nəzərdə tutulmayıb. Məqalə əhatə genişliyinə və dolğun məzmuna malik olmalıdır. Müsabiqə ilə bağlı təqdim olunan materiallar [email protected] elektron ünvanına göndərilməlidir.

Müsabiqəyə daxil olan yazıları qiymətləndirəcək münsiflər heyəti “PAŞA Həyat Sığorta” ASC-nin və BDU-nun əməkdaşlarından ibarətdir. Müsabiqənin şərtləri ilə bağlı ərtaflı məlumatı www.pasha-life.az saytından əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti