...

"ADA" Universiteti tələbə qəbuluna başlayır

Cəmiyyət Materials 1 Dekabr 2016 11:31 (UTC +04:00)
“ADA” Universiteti 2017-2018-ci tədris ili üçün tələbə qəbuluna başlayır.
"ADA" Universiteti tələbə qəbuluna başlayır

Bakı. Trend:

“ADA” Universiteti 2017-2018-ci tədris ili üçün tələbə qəbuluna başlayır.

Bu barədə Trend-ə universitetdən məlumat verilib.

“ADA” Universiteti dekabrın 1-dən etibarən 2017-2018-ci tədris ili üçün magistr proqramlarına sənəd qəbulunu başlayır. Qəbul mövsümü Azərbaycan vətəndaşları üçün aprelin 1-i, xarici vətəndaşlar üçün isə avqustun 1-dək davam edəcək.

Növbəti tədris ili üçün “ADA” Universiteti aşağıdakı sahələr üzrə magistr təhsili təklif edir:

diplomatiya və beynəlxalq münasibətlər
biznesin idarə edilməsi
ictimai siyasət
təhsilin idarə edilməsi

Qeyd edək ki, Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “ADA” Universiteti yalnız ingilis dilində təhsil verən yeganə dövlət ali təhsil müəssisəsidir. Universitetin müəllim və tələbə heyətinin 43 müxtəlif ölkədən olması “ADA”da zəngin beynəlxalq mühit yaradaraq tələbələrə aparıcı dünya təcrübəsindən yararlanmaq imkanı yaradır.

İxtisaslar üzrə dərslər yerli və xarici müəllimlər tərəfindən aparılır. Xüsusilə də, bizensin idarə edilməsi və təhsilin idarə edilməsi ixtisasları Niderlandın Maastrixt Menecement Məktəbi və ABŞ-ın Miçiqan Dövlət Universiteti ilə birgə əməkdaşlıqda tədris edilir. Təhsil müddətində tələbələr “ADA”nın akademik tərəfdaşları olan dünyanın 22 universitetlərinin birində təhsil mübadiləsi keçə bilərlər. Ali təhsil ocağında fəaliyyət göstərən Karyera Mərkəzi tələblərə ilk kursdan başlayaraq məşğulluq bazarı ilə tanış olmağa, ixtisasları ürə müxtəlif dövlət və fərdi qurumlarda təcrübə qazanmağa imkan yaradır. Bunun nəticəsi olaraq Universitet məzunları arasında məşğulluq göstəricisi 84%-dir.

“ADA” Universitetində magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları Dövlət İmtahan Mərkəzinin müvafiq imtahanları və ingilis dili üzrə İELTS və ya TOEFL imtahanlarını verməlidirlər. İlkin mərhələdən keçən abituriyentlər “ADA” Universitetində müsahibədə iştirak etməyə dəvət olunurlar. Yüksək akademik göstəricilər nümayiş etdirən tələbələrə “ADA” Universiteti tərəfindən təhsil haqqına güzəştlər və uzun müddətli sosial tələbə kreditləri təklif edilir. Maraqlananlar “ADA” Universitetinin veb səhifəsinə (ada.edu.az) daxil olaraq elektron ərizə formasını doldurmaqla, əlavə suallarla isə [email protected] ünvanına müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti