...

Yeni limit qaz tarifinin əhalinin 75%-nə şamil olunmamasına imkan verəcək

Cəmiyyət Materials 23 Dekabr 2016 14:21 (UTC +04:00)
TəTəbii qazdan istifadəyə görə güzəştli limitlərin artırılması ilə diferensiallaşdırılmış tariflər abunəçilərin 75 faizinə şamil olunmayacaq.
Yeni limit qaz tarifinin əhalinin 75%-nə şamil olunmamasına imkan verəcək

Bakı. Maksim Tsurkov - Trend:

Təbii qazdan istifadəyə görə güzəştli limitlərin artırılması ilə diferensiallaşdırılmış tariflər abunəçilərin 75 faizinə şamil olunmayacaq.

Bunu Trend-ə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Tarif Şurasının limitlərə yenidən baxılması qərarı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.

İ.Kərbəlayev deyib: “İllik qaz istehlakının əvvəlki tarif üzrə (min kubmetr üçün 0,1 manat) limiti 1500 kubmetrdən 1700 kubmetrədək artırılıb. Bu isə o deməkdir ki, yeni hesablama mexanizminin əhatə etmədiyi əhali qrupu 75 faizədək yüksələcək. Biz əhalinin maraqlarını müdafiə edən bu qərarı alqışlayırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti