...

Azərbaycan və Gürcüstan arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2016 17:37 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Azərbaycanın Batumi şəhərindəki Baş Konsulu Rəşad İsmayılov yeni təyin olunmuş Acarıstan Muxtar Respublikası Səhiyyə və Əhalinin Sosial Müdafiə naziri Zaal Mikeladze ilə görüşüb.

Baş Konsulluqdan Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Acarıstan arasında səhiyyə sahəsindəki mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişafı perspektivləri müzakirə olunub. Baş konsul R.İsmayılov 2012-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və əməkdaşlığa dair Memorandum”u cərcivəsində hər iki tərəf arasında səhiyyə sahəsindəki olan proqramın gələcəkdə daha da genişləndirilməsi mövzusunda söhbət edib.

Həmçinin, Azərbaycanda fəaliyyət göstərən müalicə mərkəzləri barədə ətraflı məlumat verib və gələcəkdə bu müalicə mərkəzləri ilə Acarıstanda fəaliyyət göstərən müalicə mərkəzləri arasında əlaqələrin yaradılmasıni və bu əlaqələrin inkişaf etdirilməsini vurğulayıb.

Bununla yanaşı, Z.Mikeladze baş konsula Acarıstan MR-də fəaliyyət göstərən müalicəvi istirahət zonaları barədə ətraflı məlumat verib.

Tərəflər hər iki ölkənin əməkdaşlıq edə və təcrübələrini qarşılıqlı şəkildə zənginləşdirə biləcəyi tibb sahələri və onlara aid sektorlar barədə fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti