...

İstanbulda qar: gözəllik, yoxsa problemlər... (FOTO)

Cəmiyyət Materials 11 Yanvar 2017 22:30 (UTC +04:00)
Ötən həftənin cümə günündən yağan qar İstanbulda bir sıra problemlər yaradıb.
İstanbulda qar: gözəllik, yoxsa problemlər... (FOTO)

Bakı. Trend:

Ötən həftənin cümə günündən yağan qar İstanbulda bir sıra problemlər yaradıb.

Trend-in məlumatına görə, şəhər yollarında nəqliyyatın hərəkəti çətinləşib, eləcə də aeroportlarda yüzlərlə reys ləğv edilib, Bosfor boğazında bərə səfərləri təxirə salınıb.

Bundan başqa, əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq bir sıra təhsil müəssisələrində dərslər dayandırılıb.

Bununla belə, yağan qar İstanbula bir başqa gözəllik bəxş edib.

Qeyd edək ki, türk sinoptiklər sabahdan etibarən yağıntının tədricən kəsiləcəyi, temperaturun yüksələcəyini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti