...

Ötən il 9 QHT-nin hesabından həbs götürülüb

Cəmiyyət Materials 27 Yanvar 2017 13:41 (UTC +04:00)
Ötən il Azərbaycanda 9 Qeyri-Hökumət Təşkilatının (QHT) hesabından həbs götürülüb, 8 QHT-yə qarşı açılmış cinayət işinə son qoyulub.
Ötən il 9 QHT-nin hesabından həbs götürülüb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən il Azərbaycanda 9 Qeyri-Hökumət Təşkilatının (QHT) hesabından həbs götürülüb, 8 QHT-yə qarşı açılmış cinayət işinə son qoyulub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı ilin yekunlarına həsr olunan tədbirdəŞura sədri, millət vəkili Azay Quliyev deyib.

Onun sözlərinə görə, 2016-cı ildə 556 QHT-nin layihəsi Şura tərəfindən maliyyələşdirilib:

"Şuranın qarşısında duran əsas məsələrdən biri QHT-lər üçün informasiya dəstəyinin təmin edilməsidir. Ötən il Şura QHT-nin üzləşdiyi problemlərin həlli istiqamətində də çox fəal iştirak edib. Bir çox QHT-lərin üzləşdiyi problemlərlə əlaqədar hökumətlə dialoqda olub və nəticədə 9 QHT-nin hesabından həbs götürülüb, 8 QHT-yə qarşı açılmış cinayət işi və yaxud vergi orqanları tərəfindən başlanmış istintaq-əməliyyat işlərinə son qoyulub, bir QHT haqqında başlanmış cinayət işi isə dayandırılıb. Eyni zamanda, 10-larla QHT nümayəndələrinə sərhəd-keçid məntəqələrində tətbiq edilən məhdudiyyət və yaxud yoxlamalar aradan qaldırılıb. 15 QHT-nin qeydiyyat problemi öz həllini tapıb".

Daha sonra qurumun icraçı direktoru Fərasət Qurbanov hesabat xarakterli məruzə ilə çıxış edib. Tədbirdə ötən il fərqlənmiş QHT nümayəndələri mükafatlandırılıblar. Tədbir müzakirələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti