...

2 il ərzində 365 şikayət edilib

Cəmiyyət Materials 1 Fevral 2017 13:00 (UTC +04:00)
İki il ərzində vətəndaşlardan Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinə 365 şikayət daxil olub.
2 il ərzində 365 şikayət edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

İki il ərzində vətəndaşlardan Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinə 365 şikayət daxil olub.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzin koordinatoru Nailə Daşdəmirova deyib.

Onun sözlərinə görə, şikayətlər müvafiq səhiyyə orqanları tərəfindən operativ şəkildə araşdırılıb, bəziləri əsassız sayılıb, digərləri ilə bağlı müvafiq tədbirlər görülüb.

Elektron Səhiyyə Mərkəzinin fəaliyyət göstərdiyi iki il ərzində ümumilikdə bu quruma 61 452 vətəndaşın müraciət etdiyini deyən N.Daşdəmirova bildirib ki, əsassız sayılan şikayətlərin çoxu vətəndaşların xəstəlikləri ilə bağlı olur:

“İnsanlar hər hansı xəstəlikləri ilə bağlı ilk olaraq hara müraciət edəcəyini bilmirlər. Vətəndaş bilməlidir ki, hansı xəstəliklə bağlı hansı səhiyyə ocağına müraciət etməlidir. Müraciətlər ilk növbədə poliklinika səviyyəsindən başlamalıdır. Vətəndaş heç bir göndəriş olmadan birbaşa xəstəxanaya getdikdə və qəbul edilmədikdə sonradan müxtəlif problemlər meydana çıxır".

Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin əməkdaşı Sevda Qafarova isə bildirib ki, “9103- Qaynar xətt” xidmətinə iki il ərzində 30 576 müraciət daxil olub. Müraciətlərin 19 008-i (62%) sorğu xarakterli olub. "Qaynar xətt"ə əsasən tibbi yardımın təşkili ilə bağlı müraciətlər olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti