...

Tələbələrə yataqxana xərcləri üçün də kredit verilə bilər

Cəmiyyət Materials 8 Fevral 2017 12:39 (UTC +04:00)
Gələcəkdə tələbələrin yalnız təhsil haqqının ödənilməsi üçün kreditlərin verilməsi nəzərdə tutulmur.
Tələbələrə yataqxana xərcləri üçün də kredit verilə bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

"Gələcəkdə tələbələrin yalnız təhsil haqqının ödənilməsi üçün kreditlərin verilməsi nəzərdə tutulmur. Biz bu işləri genişləndirməyi nəzərdə tuturuq. Bu, yataqxana xərcləri də ola bilər".

Trend-in məlumatına görə, “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud ""Maarifçi" Tələbə Kredit Fondunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri proqramı” mövzusunda keçirilən tədbirdə deyib.

R.Mahmudun sözlərinə görə, rayonlardan gələn tələbələrlə ünsiyyət zamanı məlum olur ki, onların təhsil haqqından əlavə, yaşama yerləri ilə bağlı da çox problemləri olur: "Bu məsələyə baxılacaq. Yaxın gələcəkdə onlara hansısa tədqiqat, araşdırma işlərində də kömək edilə bilər".

R.Mahmud deyib ki, bu gün bakalavr səviyyəsi üzrə kreditlər verilir: "Amma digər təhsil dərəcələrinə görə kreditlərin verilməsi də mümkün olacaq. Təbii ki, strateji planlara görə, hansısa ixtisaslar üzrə də prioritetlər qoyula bilər".

R.Mahmud qeyd edib ki, kreditin verilməsi üçün fond tərəfindən iki pilləli seçim meyarları müəyyənləşdirilib: "Ümumi tələblər və hər bir sessiya üçün xüsusi tələblər müəyyən olunur. Kredit alan tələbə Azərbaycan vətəndaşı, tərəfdaş universitetlərin tələbələri olmalı, akademik borcu olmamalıdır. Fond öz maliyyə risqlərini də qiymətləndirir. Buna görə də meyarlardan biri də valideynin və tələbənin hansısa bankda defolt vəziyyətinin olmamasıdır. Bu, önəmli bir faktordur. İndi təqdim olunan kreditlər üçün tələblərdən biri odur ki, valideynin illik gəliri 10 min manatdan çox olmamalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti