...

Bakının sürüşmə sahələrinin rəqəmsal modelləri yaradılıb

Cəmiyyət Materials 9 Fevral 2017 17:42 (UTC +04:00)
Böyük Bakı daxilində olan bütün sürüşmə sahələri geniş təhlil olunmuş və bu ərazilərin relyefinin detal rəqəmsal modelləri yaradılıb.
Bakının sürüşmə sahələrinin rəqəmsal modelləri yaradılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Böyük Bakı daxilində olan bütün sürüşmə sahələri geniş təhlil olunub və bu ərazilərin relyefinin detal rəqəmsal modelləri yaradılıb.

AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, institutun əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Seymur Məmmədov bildirib ki, bunun əsasında tədqiqat ərazisində potensial sürüşmə təhlükəsi olan sahələr də ayrılıb. Müəyyən edilib ki, sürüşmə proseslərinin yaranmasında təbii amillər rol oynasa da, onların fəallaşmasında və dağıdıcı miqyas almasında əsas rol antropogen amillərin üzərinə düşür. Bundan əlavə, ərazidə yayılmış eroziya prosesləri, xüsusilə də yarğan eroziyası ətraflı təhlil olunub.

Tədqiqatçı Böyük Bakı ərazisində baş verən geomorfoloji proseslərin təhlilini aparıb, kosmik radar məlumatları əsasında tədqiqat ərazisi relyefinin rəqəmsal modelini hazırlayıb, 1:50 000 miqyasında rəqəmsal geomorfoloji xəritə, bir sıra morfometrik xəritələr və Böyük Bakı ərazisinin sürüşmə təhlükəliliyi xəritəsini tərtib edib.

“Bakı şəhəri ərazisinin ekoloji-geomorfoloji rəqəmsal modelinin yaradılması” mövzusunda tədqiqat işi qrant layihəsi çərçivəsində aparılıb.

Xəbər lenti

Xəbər lenti