Bakı. Samir Əli - Trend:
Cənub bölgəsinə yağan güclü qar nəticəsində baş vermiş qar uçqununun fəsadları aradan qaldırılır.
Bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, "Azəravtoyol" ASC-nin əməkdaşları və xüsusi texnikaları əraziyə cəlb edilib, qar uçqunu nəticəsində bağlanmış yolların təmizlənilməsinə başlanılıb:
"Hazırda əraziyə "Azəravtoyol" ASC-nin “52 №-li Yol İstismarı” MMC-nin əməkdaşları və texnikaları gətirilib və təmizlənmə işləri davam edir. Qar örtən yolların bir qismi artıq təmizlənib, avtomobillərin hərəkəti bərpa edilib".