Aprel şəhidi olan heykəltəraşın sərgisinin açılışı olub (FOTO)

Aprel şəhidi olan heykəltəraşın sərgisinin açılışı olub (FOTO)

Bakı. Trend:

Bu gün “Xalq” Bankın “Şamaxı” filialında şəhid-heykəltəraş Samir Kaçayevin “Samir Kaçayev. Heykəltəraşlıq” bədii albomunun təqdimat mərasimi və əsərlərindən ibarət sərginin açılışı olub.

Bankdan Trend-ə verilən məlumata görə, 2016-cı il dekabrın 16-da “Xalq Əmanəti” layihəsi çərçivəsində “Samir Kaçayev. Heykəltəraşlıq” bədii albomu təqdim olunmuş və bankın Əsas binasında heykəltəraşın əsərlərinin sərgisi açılıb. Şəhid-heykəltəraşın yaradıcılığına marağın yüksək olması səbəbindən yanvar ayının sonunadək fəaliyyət göstərən sərginin Samir Kaçayevin doğulub boya-başa çatdığı Şamaxı rayonunda təşkil edilməsinə qərar verilib. 2017-ci il fevral ayının 21-də bədii albomun təqdimat mərasimi və gənc heykəltəraşın əsərlərindən ibarət sərginin açılışı bankın “Şamaxı” filialında keçirilib. Şamaxı rayonunun ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, həmyerliləri və dostlarının iştirak etdiyi tədbirdə Samir Kaçayevin yaradıcılığı, onun qısa, lakin zəngin həyatı haqda söz açılıb, xatirəsi yad edildib. Tədbirdə Şamaxı rayonu Ağsaqqallar şurasının sədri Mayıl Alcanov, mədəniyyət işçisi Rafail Tağızadə, Qobustan rayonu zayalıları adından Aftandil Şikarov, Çuxuryurd orta məktəbinin müəllimi Güntəkin Hümmətov, Samirin dostları və atası çıxış ediblər. Tədbirin sonunda qonaqlar sərgi salonunda Samir Kaçayevin yaradıcılığı ilə yaxından tanış olmaq imkanı qazanıblar.

Samir Ziyatin oğlu Kaçayev 1994-cü il, mart ayının 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində sadə bir ailədə anadan olub. Kiçik yaşlarından sənətə böyük marağı olan Samir rəsm çəkməyi, plastilindən heykəlciklər düzəltməyi çox sevirdi. Orta məktəbi bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olan Samir 2015-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq heykəltəraş ixtisasına yiyələnib. Magistraturaya daxil olduqdan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini cəbhə bölgəsində keçirdi. Aprel ayının 1-dən 2-nə keçən gecə düşmən təxribatı nəticəsində alovlanan döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə rəşadət göstərən Samir Kaçayev ölümündən sonra “İgidliyə görə”medalı ilə təltif olunub. Samir yaşadığı qısa ömür ərzində böyük işlər görməyə müvəffəq olub: o, yaratdığı əsərləri ilə, sənətə baxışı, insanlara münasibəti, vətənə sevgisi ilə onu tanıyanların rəğbətini, həmkarlarının hörmətini, minlərlə həmvətəninin dərin ehtiramını qazanıb. Nəşr olunan alboma gənc sənətkarın 50-dən çox heykəltəraşlıq və qrafika işləri daxil edilib. Burada Samir Kaçayevin həyat və yaradıcılığının bütün mərhələləri əks olunub.

ASC “Xalq” Bankının 2010-cu ildən həyata keçirdiyi “Xalq Əmanəti” layihəsi Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır.

Samir Kaçayevin əsərlərinin sərgisi fevral ayının 22-dən mart ayının 20-dək Xalq Bankın “Şamaxı” filialında (Ünvan: Şamaxı şəh., Şəhriyar küç.1) fəaliyyət göstərəcək. Sərgini, iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.

Uşaq və yeniyetmələr arasında mədə-bağırsaq xəstəlikləri artıb
Uşaq və yeniyetmələr arasında mədə-bağırsaq xəstəlikləri artıb
Hansı uşaqlara vaksin vurdurmaq tövsiyə edilir?
Hansı uşaqlara vaksin vurdurmaq tövsiyə edilir?
Hazırda yas mərasimlərinin keçirilməsinə icazə yoxdur - Dini komitə
Hazırda yas mərasimlərinin keçirilməsinə icazə yoxdur - Dini komitə
Loading Bars
Xəbər lenti
Azərbaycan və Dünya Bankı arasında kredit müqaviləsi imzalanıb
Uşaq və yeniyetmələr arasında mədə-bağırsaq xəstəlikləri artıb
TAP konsorsiumu rəqəmsallaşdırma sahəsində tenderlər elan edəcək
Hansı uşaqlara vaksin vurdurmaq tövsiyə edilir?
Füzuli Beynəlxalq Hava Limanının açılışı Azərbaycan tarixində unudulmaz səhifə açdı - Deputat
Hazırda yas mərasimlərinin keçirilməsinə icazə yoxdur - Dini komitə
Uşaqları koronavirusdan necə qorumalıyıq? - AÇIQLAMA
DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib
“Nar” daha bir satış və xidmət mərkəzini yenilədi (FOTO)
Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib
Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır
Prezident İlham Əliyev Miloş Zemanı təbrik edib
İranda koronavirusdan gündəlik ölüm sayı yenidən artıb
Azərbaycanda ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb
Mingəçevir Dövlət Universitetində yol hərəkətinin təhlükəsizliyinə dair seminar keçirilib (FOTO)
Ağac sexlərində qanunsuz meşə materialı aşkarlanıb
Azərbaycan və Türkiyənin dini liderləri Qarabağa səfər edib (FOTO)
“Məşğulluq marafonu”na 563 işəgötürən qoşulub
Norveç şirkəti "Azəri-Çıraq-Günəşli" blokunda hasilatı azaldıb
İsrail təyyarəsi ilk dəfə Səudiyyə Ərəbistanına uçub
Vaksinlər koronavirusun yeni variantına qarşı effektivdir - İnfeksionist
BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı rəhbəri Ağdama səfər edib (FOTO)
2022-ci ildə elm sahəsinə xərclər 10 faizdən çox artırılacaq
2007-ci ildən bu günə qədər ali məktəblərə qəbul üzrə edilən dəyişikliklər - SİYAHI
Şəhid ailələri və qazilərlə bağlı “Zəfər” altsistemi yaradılır - Fərman
Xaçmaz rayonunda onlayn formatda vətəndaşların müraciəti dinlənilib (FOTO)
Azərbaycanda ünvanlı dövlət sosial yardımının məbləği artırılır
Azərbaycandakı dini qurumların sayı açıqlanıb
Azərbaycan hərbçilərinin Türkiyədəki təlimi başa çatıb (FOTO)
Azərbaycanın azad edilmiş əraziləri tezliklə nümunəvi istehsal mərkəzinə çevriləcək - Türkiyə Prezidenti
Füzuli aeroportunun açılması ilə mühüm hava nəqliyyatı marşrutu reallaşdırılıb - Ərdoğan
"Təmiz Şəhər" iki beynəlxalq sertifikata layiq görülüb
"Holcim Azərbaycan" Azərbaycanda əsas infrastruktur layihələrinin etibarlı tərəfdaşıdır
Toxum və əkin materialları sahəsində yeni dövlət standartı təsdiq edilib
Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti işə başlayıb
Rusiyada koronavirusdan ən yüksək ölüm statistikası qeydə alınıb
SOCAR Neft Emalı Zavodunun ətrafındakı yüksək səs və gurultulara aydınlıq gətirib (FOTO)
Qazax sakinindən odlu silah götürülüb (FOTO)
Qazaxda narkotik alverçisi yaxalandı (FOTO)
Qarabağda sahibkarlar vergi və rüsumlardan azad ediləcək - Nazir müavini (FOTO)
Paytaxtda növbəti həyət abadlaşdırılıb (FOTO)
Ermənilər Bərdəni atəşə tutmaqla əhali arasında təşviş yaratmaq istəyirdilər - Hərbi ekspert
Növbəti qəbul imtahanlarının mövzularında yeniliklər olacaq
Sabah hava necə olacaq?
Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarı artırılır
Məleykə Abbaszadə ixtisas qruplarındakı dəyişikliklərə aydınlıq gətirib
UNEC-də “Erməni dili” kurslarına start verilib
Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrində olub (FOTO)
Hazırda tədrisi distant aparan siniflərin sayı açıqlanıb
Yaşayış minimumunun məbləği artırılır
Saxta COVID pasportu satan xəstəxana rəhbərliyinə cinayət işi başlandı
Məhkəmə və hüquq-mühafizə sahələrinə xərclər 13 faizə yaxın artırılacaq
Vilyam Hacıyev xəstəxanadan təcridxanaya qaytarıldı
Goranboyda karantini pozan kafe sahibləri məsuliyyətə cəlb olunub (FOTO)
Dünya Bankı BVF direktorunun öz müdafiəsi üçün iclasın keçirilməsi müraciətini qəbul etməyib
BDU-da “Regionda sülhün qorunması: Qarabağın yenidən qurulması” mövzusunda konfrans keçirilib (FOTO)
Füzuli Beynəlxalq Hava Limanının açılması qələbəmizin davamıdır - Səttar Möhbalıyev
ƏƏSMN-in elektron xidmətlərinə 11,5 milyon müraciət qeydə alınıb
Ölkə üzrə koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı
Fəhlənin ölümündə təqsirləndirilən şirkət rəhbərinin işi məhkəməyə göndərildi
Qubadlıda icra olunan infrastruktur layihələri dinamik inkişafa hesablanıb - Kamaləddin Qafarov
Kaspersky identifikasiya, autentifikasiya və avtorizasiya arasındakı fərqi izah edir
Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib (FOTO)
Azərbaycan Naxçıvana dotasiyaları artıracaq
DOST Agentliyi “Avropa Sosial Xidmətlər Mükafatı – 2021”in finalçılar siyahısında iki yer qazanıb
Türkiyə Azərbaycandakı layihələrə bundan sonra da sərmayə qoymağa hazırdır - İnvestisiyalar idarəsinin rəhbəri
Azərbaycan və Türkiyə liderlərinin birgə səyi regionda sülhün qarantıdır
“Baku Steel Company” istehsal və maliyyə göstəricilərini açıqladı
Biz Qarabağın sürətlə bərpasının şahidi oluruq - Bilal Ərdoğan
Dövlət Neft Fondundan büdcəyə köçürmələr 4,2 faiz artacaq
Yol polisi piyadalara yol verməyən sürücülərə xəbərdarlıq etdi
Sayğaclar dəyişdirilərkən abonent mexaniki sayğacdan imtina edə bilər - "Azəriqaz"ın rəhbəri
Yerli və xarici iş adamları Qarabağda sənayenin bərpasına investisiya qoymaq istəyirlər - Məmməd Musayev
Azərbaycanda təbii qazın qiyməti yenidən arta bilər? - "Azəriqaz"ın baş direktoru açıqladı
Bərdəyə raket hücumuna görə cavabdeh olanlar məsuliyyət daşımalıdırlar - Ceyhun Bayramov (FOTO)
Bir tərəfdə erməni vandalizmi, digər tərəfdə müasir ev – Tərtər sakininin dağılmış evi muzey kimi saxlanılacaq (FOTO/VİDEO)
Azərbaycanda 2022-ci ildə sosial sahəyə 4 milyard manata yaxın pul ayrılacaq
Qarabağa kiçik və orta biznesin cəlbi önəmlidir - Göksel Aşan
2022-ci ildə səhiyyəyə 1,8 milyard manata yaxın vəsaitin ayrılması gözlənilir
Gələn il təhsilə dörd milyard manata yaxın vəsaitin ayrılması planlaşdırılır
Azərbaycanın dövlət büdcəsinin gəlirləri 5 faizdən çox artacaq
Bakıda şirkətdə baş verən ölümlə bağlı cinayət işi başlandı
Yaxın zamanda avtobuslarda bank kartı vasitəsilə ödəniş etmək mümkün olacaq - BNA
Gələn il Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinə 4,5 milyard manata yaxın vəsait ayrılacaq
Gələn il işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılacaq vəsaitin həcmi açıqlanıb
III ixtisas qrupu ilə bağlı dəyişiklik edilib
Azad edilmiş ərazilərdə bərpa işləri daha da sürətlənəcək - Mikayıl Cabbarov
Azərbaycanın mülki müdafiə planının hazırlanması üzrə Komissiya yaradılıb
Xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir - Deputat
İranda zəncirvari qəza olub, 20-dən çox şəxs yaralanıb
Azərbaycan Qarabağdakı nəhəng layihələri ilə dünyanı heyrətləndirir - Sahil Kərimli
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü olub
Füzuli Beynəlxalq Hava Limanı Qarabağın çiçəklənməsi üçün lazım olan investisiyaların cəlb edilməsinə kömək edə bilər - Metyu Brayza
Yumşalmalar Bakıda ticarət obyektlərinin qiymətini bahalaşdırıb
Yaponiya əcnəbi tələbələrin mühüm texnologiyalara çıxışını məhdudlaşdıracaq
Çinin BMT-dəki nümayəndəsi yaşıl iqtisadiyyatа keçidi sürətləndirməyə çağırıb
Bəhreyn 3-11 yaşlı uşaqlar üçün Sinopharm vaksinini təsdiqləyib
ABŞ prezidenti çinli həmkarı ilə görüşü vacib hesab edir
Bütün xəbərlər