...

Azərbaycanda təhsilin idarə olunması sistemi tətbiq edilib

Cəmiyyət Materials 26 Mart 2017 19:32 (UTC +04:00)
Bakı Ali Neft Məktəbi Azərbaycanın "Neuron Technologies" IT şirkətinin məhsulu olan təhsilin idarə olunması sistemini tətbiq etməyə başlayıb.
Azərbaycanda təhsilin idarə olunması sistemi tətbiq edilib

Bakı. Hüseyn Vəliyev - Trend:

Bakı Ali Neft Məktəbi Azərbaycanın "Neuron Technologies" IT şirkətinin məhsulu olan təhsilin idarə olunması sistemini tətbiq etməyə başlayıb.

Bunu Trend-ə şirkətin rəhbəri İsmayıl Ələkbərov deyib.

Onun sözlərinə görə, söhbət çoxfunksiyalı platformadan gedir. Bunun üstünlüklərindən həm ali təhsil müəssisələrinin tələbələri, həm də müəllimlər yararlana biləcək.

İ.Ələkbərov qeyd edib ki, Bakı Ali Neft Məktəbinin müəllim heyəti üçün sistemin fəaliyyəti ilə bağlı treninqlər təşkil edilib.

Hazırda bu sistem Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət Gömrük Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında tətbiq olunur.

Şirkət rəhbərinin sözlərinə görə, təhsilin idarə olunması sistemi tədris mərkəzinin fəaliyyətini avtomatlaşdırmağa, dərslərdə iştirak qeydiyyatını aparmağa, elektron jurnalları tərtib etməyə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti