...

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

Cəmiyyət Materials 28 Aprel 2017 13:35 (UTC +04:00)
Rəyasət Heyəti AMEA-nın üzvlərinə dəfələrlə müraciət edir ki, orta məktəb, ai məktəb üçün dərslik yazın. Amma yazan yoxdur, hec motivasiya da yoxdur.
AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

Bakı. İlhamə İsabalayeva - Trend:

"Rəyasət Heyəti Azərbaycan Milli Elmlər Akademiyasının üzvlərinə dəfələrlə müraciət edir ki, orta məktəb, ai məktəb üçün dərslik yazın. Amma yazan yoxdur, hec motivasiya da yoxdur. Çünki indi aparıcı elmi işçilərin fikri-zikri istinadların, indekslərin, FİŞ indeksinin yanındadır. Mən bunu aşağılamıram, buna dəstək verirəm".

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında çıxış edən AMEA-nın akademik katibi Rasim Əliquliyev deyib.

Onun sözlərinə görə, amma alimlər impakt faktorlu jurnallarda məqalələrini dərc etdirməklə yanaşı, Azərbaycan iqtisadiyyatına, elminə də öz töhfələrini verməlidirlər: "Hər bir aimin fəaliyyəti tək FİŞ indeksinə görə müəyyənləşməli deyil. O dəstəklənir və lazımı qiymətini alır. Amma məsələ ondadır ki, alimlərimiz digər istiqamətlərə maraq göstərmirlər. Bu gün Azərbaycan alimləri yalnız Tomson naminə işləməli deyillər. Azərbaycan alimi ölkənin biliklərinə və iqtisadiyyatına öz dəstəyini verməli, elmi kadr hazırlamalıdır. Azərbaycan elmini inkişaf etdirmək lazımdır. Tomson Reyters impakt faktorlu jurnallarda məqalələri nəşr olunan alimlər deyir ki, mən gərək elə problemlə məşğul olam ki, onun "Tomson" perspektivi olsun. Bəs, Azərbaycanın problemi ilə kim məşğul olmalı, ölkənin təhsilinə kim dəstək verməlidir? Azərbaycan innovasiyasına kim töhfə verməli, kadrları kim hazırlamalıdır?"

Bu gün Azərbaycan alimlərinin çoxmeyarlı alternativlər qarşısında olduğunu nəzərə çatdıran R.Əliquliyev qeyd edib ki, Azərbaycan elmi fəaliyyətinin qiymətləndirilməsi üçün çoxlu multimeyarlar üzrə yeni mexanizmlər işlənib hazrlanmalıdır. Bu mexanizmlərə həm alimin, həm elmi müəssisələrin, həm də universitetlərin fəaliyyətini cəlb etmək lazımdır: "Biz "Tomson Reuters" agentliyi ilə müqavilə bağlamışıq. Onlar qarşısında hətta şərt də qoyulub ki, bizim illik hesabatımızı verin. Çünki bu gün hər kəs özü üçün bir reytinq çıxarır. Kimə necə sərf edirsə, elə edir. Müxtəlif reytinqlər verir, burada özünü qabağa çəkir və s. Amma bu qiymətləndirmə "Tomson Reuters"dən gəlməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti