...

Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən görüntülər (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 2 May 2017 11:22 (UTC +04:00)
Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri davam edir.
Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən görüntülər (FOTO) (YENİLƏNİB)

Bakı. Samir Əliyev - Trend:

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri davam edir.

Trend-in məlumatına görə, bu gün KİV nümayəndələri hərbi təlimləri izləyiblər.

Qeyd edək ki, mayın 1-dən hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb.

Təlimlərin məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirmək, koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Birgə təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək hərbi texnika, 60-dan çox artilleriya qurğusu və minaatan, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş (Mi-35) və nəqliyyat (Mi-17) helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.

Təlimlərdə müdafə olunan düşmənə qarşı birgə hücum əməliyyatlarının təşkili və aparılması zirehli qrupların və taktiki hava desantının tətbiqi, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti məsələlərinin öyrənilməsi mövzularında tapşırıqlar yerinə yetirirlir.

Təlimlər mayın 5-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti