...

Kiçik elektrik şoklarıyla ürək bulantılarının qarşısını alan cihaz (FOTO)

Cəmiyyət Materials 12 May 2017 11:44 (UTC +04:00)
Kiçik elektrik şoklarıyla ürək bulantılarının qarşısını alan cihaz icad edildi.
Kiçik elektrik şoklarıyla ürək bulantılarının qarşısını alan cihaz (FOTO)

Bakı. Trend:

Kiçik elektrik şoklarıyla ürək bulantılarının qarşısını alan cihaz icad edildi.

Gəmi və ya təyyarə ilə səyahətlər etdiyiniz zaman ürək bulantılarından tez-tez şikayət edirsinizsə, texnologiyanın inkişafı artıq bu problemə həll yolu təqdim edir. Biləyə taxılabilən CinvStop adlı yeni cihaz, kiçik elektrik şoklarıyla ürək bulantılarının qarşısını alır.

Texniki olaraq bu cihaz ürək bulantısını aradan qaldırmır. Yalnız yaranan ürək bulanması hissini, beyninizə getməyə qoymur. Beləliklə də problemi yaşadığınızın fərqində belə olmursunuz. Bəs bu necə olur?

Zhiqing Ji, Yang Ye və Hengchong Yu tərəfindən hazırlanan cihaz ağıllı saatlar və ya fəaliyyət təqibi edə bilən cihazlar kimi biləyə taxılır. Olduqca zərif bir dizayna sahib olan cihaz, sinir sisteminin xəbərdarlıqları ötürülməsi formasını, kiçik elektrik şoklarıyla maneə törədir. Elektrik şoku deyildiyində gözünüz qorxmasın. Bu şoklar o qədər kiçikdir ki, siz heç vaxt hiss etmirsiniz. Yalnız sinir sisteminizin ürək bulantısına mane olmağa çalışır.

Bunun üçün isə sizin yalnız CinvStop adlı cihazın üzərində iştirak edən kiçik düyməyə basmağınız kifayət edir. Bununla da olmadıq yerlərdə ortaya çıxan mədə bulantısına əlvida deyirsiniz. Sistem o qədər müvəffəqiyyətli şəkildə inkişaf etdirilib ki, xanımların hamiləlik ərəfəsində yaranan ürək bulantılarının belə hiss etməmələrinə mane olur.

Hələ ki, CinvStop adlı ağıllı cihazın nə zaman və hansı qiymətə satışa çıxarılacağı haqqında heç bir məlumat verilmir.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda, həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqqında xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin.

"Texno Park" bazar günü saat 16:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

https://www.youtube.com/TexnoPark

https://www.facebook.com/AZTexnoPark/

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti