...

Azərbaycana daha bir medalı paracüdoçumuz qazandırdı

Cəmiyyət Materials 14 May 2017 21:41 (UTC +04:00)
Azərbaycan paracüdoçusu Rövşən Səfərov (90 kq) IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizə daha bir bürünc medal qazandırıb.
Azərbaycana daha bir medalı paracüdoçumuz qazandırdı

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan paracüdoçusu Rövşən Səfərov (90 kq) IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizə daha bir bürünc medal qazandırıb.

Trend-in məlumatına görə, bürünc medal uğrunda gedən mübarizədə R.Səfərovun rəqibi digər Azərbaycan təmsilçisi Tofiq Məmmədov olub.

R.Səfərov T.Məmmədova ipponla qalib gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti