...

İlham Zəkiyev Azərbaycana daha bir medal qazandırdı

Cəmiyyət Materials 14 May 2017 22:00 (UTC +04:00)
Azərbaycan paracüdoçusu İlham Zəkiyev IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizə daha bir bürünc medal qazandırıb.
İlham Zəkiyev Azərbaycana daha bir medal qazandırdı

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan paracüdoçusu İlham Zəkiyev IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizə daha bir bürünc medal qazandırıb.

Trend-in məlumatına görə, bürünc medal uğrunda gedən mübarizədə İ.Zəkiyevin rəqibi Türkiyə təmsilçisi Hayran Dursun olub. İ.Zəkiyev ipponla qalib gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti