...

Müəllimlər ötən ilki balları ilə bu il də işə qəbul müsabiqəsində iştirak edə biləcəklər

Cəmiyyət Materials 17 May 2017 10:47 (UTC +04:00)
Azərbaycanda müəllimlərin işə qəbulu zamanı ötən il topladığı bal bu ilki müsabiqə üçün də qüvvədə olacaq.
Müəllimlər ötən ilki balları ilə bu il də işə qəbul müsabiqəsində iştirak edə biləcəklər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda müəllimlərin işə qəbulu zamanı ötən il topladığı bal bu ilki müsabiqə üçün də qüvvədə olacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları”nda öz əksini tapıb.

Yeni qaydalara əsasən, işə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal 1 (bir) il qüvvədədir və növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququ verir.

2016-2017-ci tədris ili üçün keçirilmiş işə qəbul müsabiqəsində namizədlərin topladıqları bal 2017-2018-ci tədris ili üçün keçiriləcək müsabiqədə də qüvvədə saxlanılır. Müvafiq keçid balını toplamış namizədlər öz istəyi əsasında növbəti müsabiqənin birbaşa üçüncü mərhələsində iştirak edə bilərlər. Yerləşdirilmə zamanı namizədin ən son iştirak etdiyi test imtahanının nəticəsi əsas götürülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti