...

DİM: Bu il 90 mindən çox abituriyent sənəd verib

Cəmiyyət Materials 23 May 2017 10:25 (UTC +04:00)
Azərbaycanda bu il I-V ixtisas qrupları və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə 90616 abituriyent sənəd verib.
DİM: Bu il 90 mindən çox abituriyent sənəd verib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda bu il I-V ixtisas qrupları və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə 90616 abituriyent sənəd verib.

Bunu Trend-ə Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, bu il ümumilikdə ali məktəblərə I-IV ixtisas qrupları üzrə 73676 nəfər sənəd verib. Onların 29359 nəfəri I, 20453 nəfəri II, 18739 nəfəri III, 5125 nəfəri isə IV ixtisas qrupuna ərizə verib.

Bu il I-IV ixtisas qrupları üzrə sənəd verən abituriyentlərin 61760 nəfəri iyulda keçiriləcək 2-ci qəbul imtahanlarında iştirak edəcək.

Bu il abituriyentlərin 39831 nəfəri V ixtisas qrupu üzrə ali məktəblərə, 45501 nəfəri orta ixtisas təhsili müəssisələrinə sənəd verib.

Mərkəzdən Trend-ə bildirilib ki, bu il I-V ixtisas qrupları və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərin sayında ötən ilə nisbətən azalma qeydə alınıb.

Bu il yalnız ali məktəblərə I-IV ixtisas qrupları üzrə 73676 nəfər sənəd verdiyi halda, ötən il bu rəqəm 82 448 nəfər olub.

Azalmanın əsas səbəblərindən biri builki 11-ci sinif məzunlarının sayının ötən ilə nisbətən təqribən 3000 nəfər az olmasıdır. Belə ki, ötən il 11-ci sinif məzunlarının sayı 87 min nəfərdən çox olduğu halda, bu il onların sayı 84 min nəfərdən çox olacaq:

"Təbii ki, bu da sənəd verənlərin sayına təsir göstərib. Amma ümumilikdə isə bu il sənəd verənlərin sayını elə də az hesab etmək olmaz”.

Qeyd edək ki, mayın 22-də 2-ci qəbul imtahanında iştirak etmək üçün elektron ərizə qəbulu başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti