"Aqrolizinq"in bir neçə regional nümayəndəliyinin direktoru işdən çıxarılıb, sədrə xəbərdarlıq edilib (FOTO)

"Aqrolizinq"in bir neçə regional nümayəndəliyinin direktoru işdən çıxarılıb, sədrə xəbərdarlıq edilib (FOTO)

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyində “Pambıq istehsalı və taxıl biçininə hazırlıq, habelə məhsul istehsalçılarının əsas və dövriyyə vəsaitləri ilə təminatı sahəsində “Aqrolizinq” ASC tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda nazirliyin məsul işçiləri, nazirliyin tabeli qurumlarının rəhbərləri, “Aqrolizinq” ASC-nin, onun regional nümayəndəliklərinin və rayon bölmələrinin, rayon kənd təsərrüfatı idarələrinin və dövlət texniki nəzarət müfəttişliklərinin rəhbərləri iştirak ediblər.

Kollegiyada nazir Heydər Əsədov Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb, kənd təsərrüfatının iqtisadiyyatın prioritet sahəsi olduğunu qeyd edərək, aqrar sahədə həyata keçirilən institutsional islahatlar, aqrar sektorda texniki və gübrə təminatının yaxşılaşdırılması, subsidiyanın verilmə mexanizminin təkmilləşdirilməsi və şəffalığın təmin olunması, aqrar sektora aid 100-dən artıq hüquqi normativ sənədin qəbul olunması, fermerlərin bazara çıxış imkanlarının, bacarıq və vərdişlərinin daha da artırılması, kadr təminatıının yaxşılaşdırılması və qarşıda duran hədəflər barədə geniş məlumat verib, bununla bağlı bütün kənd təsərrüfatı mütəxəssislərinin, o cümlədən “Aqrolizinq” ASC-nin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

“Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədov Səhmdar Cəmiyyətin illik fəaliyyəti, o cümlədən 2016-cı ildə Səhmdar Cəmiyyət tərəfindən Avropanın qabaqcıl texnika istehsalçıları olan ölkələrindən ən müasir müxtəlif kənd təsərrüfatı texnikalarının, eləcə də pambıqçılıqda istifadə olunan yeni texnikaların alınıb respublikaya gətirilməsi və güzəştli şərtlərlə lizinq yolu ilə fermerlərə verilməsi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər, gübrələrin güzəştli şərtlərlə məhsul istehsalçılarına verilməsi barədə məlumat verib. O, “Aqrolizinq” ASC-nin bir sıra regional nümayəndəliklərinin rayon bölmələrində, o cümlədən Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Beyləqan, Bərdə, Ağsu, Şamaxı, Tərtər, Qəbələ, Ağdaş, Tovuz və Salyan rayon bölmələrində gübrələrin saxlanmasında, satışında, vəsaitlərin daxil olmasında, eyni zamanda qısa müddətli lizinqə verilən taxılyığan kombaynların, traktorların və digər kənd təsərrüfatı texnikalarının istifadəsindən vəsaitlərin daxil olmasında olan nöqsanlar və çatışmazlıqlar barədə danışıb.

Nazirliyin Texniki siyasət şöbəsinin müdiri Köçəri İmanov “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərinin və rayon bölmələrinin anbarlarında mineral gübrələrin təlimat və fitosanitar qaydaların tələblərinə uyğun olaraq yığılıb saxlanması, anbarların mövcud vəziyyəti və aparılan monitorinqlərin nəticələrinə əsasən müəyyən olunan nöqsan və çatışmazlıqlar barədə geniş məlumat verib.

Kollegiyada “Aqrolizinq” ASC-nin bir sıra rayon bölmələrinin fəaliyyəti dinlənilib.

Kollegiyada fəaliyyətində ciddi nöqsanlara yol verdiyinə görə “Aqrolizinq” ASC-nin Sabirabad Regional Nümayəndəliyinin direktoru Şakir Həsənov, Ağcabədi Regional Nümayəndəliyinin direktoru Atamoğlan Babayev, “Aqrolizinq” ASC-nin Ağsu rayon bölməsinin rəhbəri Tofiq Abdullayev və Şamaxı rayon bölməsinin rəhbəri Sərxan Fətullayev tutduqları vəzifədən azad olunub, fəaliyyətlərinin araşdırıldıqdan sonra daha ciddi ölçü götürüləcəyi, həmçinin Xaçmaz Regional Nümayəndəliyinin direktoruna, Səhmdar Cəmiyyətin Saatlı, Tovuz və Ağdaş rayon bölmələrinin rəhbərlərinə şiddətli töhmət, Qazax və İsmayıllı rayon bölmələrinin rəhbərlərinə töhmət verilmiş, fəaliyyətlərində dönüş yaratmadıqları təqdirdə daha ciddi tədbir görüləcəyi nəzərlərinə çatdırılıb.

Həmçinin “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədova ciddi xəbərdarlıq, Səhmdar Cəmiyyətin Damazlıq heyvanların tədarükü, satışı və lizinqi şöbəsinin müdiri Kamil Şamilova isə şiddətli töhmət verilib.

Kollegiyaya yekun vuran nazir Heydər Əsədov “Aqrolizinq” ASC-nin fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqların, xüsusi ilə də gübrələrin anbarlarda mövcud təlimata və qaydalara uyğun saxlanılması, satışdan, həmçinin qısa müddətli lizinqə verilən taxılyığan kombaynlar, traktorlar və digər kənd təsərrüfatı texnikalarının istifadəsindən daxil olan vəsaitlərin vaxtlı-vaxtında ödənilməsinin təmin olunması, “Aqrolizinq” ASC-də elektron kənd təsərrüfatı sisteminin təkmilləşdirilməsi, fermerlərin texnika və gübrəyə olan tələbatlarının əvvəlcədən müəyyənləşdirilməsi, texnikadan səmərəli istifadə olunması, gübrə anbarlarının müasir standartlar səviyyəsində qurulması üçün təkliflərin hazırlanması, bu sahədə qısa müddətdə dönüş yaradılması barədə ciddi tapşırıq və tövsiyələr verib.

Yekunda nazir Heydər Əsədov “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərinin və rayon bölmələrinin fəaliyyət mexanizminin təkmilləşdirilməsi, qarşıdan gələn taxıl yığımı kampaniyasının mütəşəkkil keçirilməsi məqsədi ilə taxılyığan kombaynların dislokasiya planının hazırlanması, pambığın becərilməsində aqrotexniki tədbirlərin vaxtında yerinə yetirilməsi və bu sahədə işlərin səmərəliliyinin artırılmasını məqsədəuyğun hesab edib, rayonlarda aidiyyəti struktur bölmələrinin koordinasiyasının gücləndirilməsi, fəaliyyətlərində operativliyin təmin olunması və qarşıda duran vəzifələr barədə rayon kənd təsərrüfatı idarələrinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verib.

AzMİU-da vaksinasiya prosesi uğurla davam edir
AzMİU-da vaksinasiya prosesi uğurla davam edir
Özünüməşğulluq proqramında yeni sahə - BARAMAÇILIQ
Özünüməşğulluq proqramında yeni sahə - BARAMAÇILIQ
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
Loading Bars
Xəbər lenti
AzMİU-da vaksinasiya prosesi uğurla davam edir
Özünüməşğulluq proqramında yeni sahə - BARAMAÇILIQ
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
Daha 70-ə yaxın jurnalist vaksinasiya olundu
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Şəmkirdə tanışını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda postmüharibə dövrü üçün əhatəli sosial dəstək proqramı hazırlanıb - Səttar Möhbalıyev
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanının nəticələri elan olunub
Rusiyada fabrik yanır - Ölən və yaralananlar var
Yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 501,6 milyon dollar təşkil edib - Nazir
Xaçmazın icra başçısı topçu Vüsalı evində ziyarət etdi (FOTO)
Əlilliyi olan 2 731 şəxsə 11 212 reabilitasiya vasitəsi verilib
Oğuzda reyd: Piyada və sürücülərə xəbərdarlıq edildi (FOTO)
Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçicilərilə görüşüb (FOTO)
Ağdaşda çay hövzəsini çirkləndirən bələdiyyə sədrinə təmizlik üçün məcburi göstəriş verildi
Dünya əhalisinin yalnız 5 faizdən çoxu peyvəndlənib - "Bloomberg"
Türkiyədə turizm sektorunda çalışanlar vaksinasiya olunub
Abşeronda karantin rejimini pozaraq fəaliyyət göstərən çay evləri aşkarlanıb (FOTO/VİDEO)
Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb
Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ!
Metro qatarlarının baxış-təmir sahələrində daha bir yenilik tətbiq edilir (FOTO)
Macarıstan TV-ləri ilə AzTV-nin əməkdaşlığı genişləndirilir - Göstəriş verilib
Mənzil İnşaatı Dövlət Agentliyi 5 ildir vətəndaşlara xidmət edir (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Hərbi Qənimətlər Parkı: Gələcək nəsillərə örnək, düşmənə əbədi gözdağı – Trend TV-nin REPORTAJI
Bakının məşhur prospekti "8 Noyabr" adlandırılır
Cəlilabadda toy mərasimi keçirənlər cərimələnib
Balaxanı Sənaye Parkında yeni müəssisələr yaradılır - Sərəncam
Almaniya və Nepaldan quş ətinin idxalına qadağa qoyulub
Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Azərbaycan-Türkiyə media platforması Türk dövlətlərinin media əməkdaşlığı üçün əsas götürülə bilər
Bu müharibədə Azərbaycan xalqı əsl qəhrəmanlıq göstərdi - Deputat
Azərbaycan Ordusunda raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb (FOTO/VİDEO)
BVF Azərbaycan üçün neftin fiskal itkisiz qiymətini açıqlayıb
Minaya düşüb ömürlük şikəst olanlar - Düşmən terroru davam edir - Trend TV-nin REPORTAJI
Şəhid ailələri ilə görüşlər keçirilib (FOTO)
İranda ötən sutka 23 min nəfər koronavirusa yoluxub, 274 nəfər ölüb
Ermənistanda süd məhsulları tamamilə saxtalaşdırılır - Rəsmi
Aleksandr Lukaşenko sabah Azərbaycana gəlir
Sabah arabir yağış yağacaq, 24 dərəcəyədək isti olacaq
Sabunçuda nişan mərasimi dayandırılıb, 20 nəfər cərimələnib (VİDEO)
Azərbaycan mart ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
Cəlilabad və Masallıda koronavirus xəstələri saxlanılıb
Bərdədə yol polisi reyd keçirib (FOTO)
Gürcüstan parlamentində Qarabağla bağlı müzakirələr keçirilir
"Xanoba" gömrük postunun buraxılış qabiliyyəti artırılır (FOTO/VİDEO)
Balakəndə narkotik istixanası aşkarlandı (FOTO)
DYP Sumqayıtda reyd keçirib (FOTO/VİDEO)
Baş pediatr koronavirusla bağlı valideynlərə müraciət etdi
Qayınatasının yasına gedən koronavirus xəstəsi saxlanıldı (VİDEO)
Vətən müharibəsi şəhidinin adı əbədiləşdirilib (FOTO)
Uşaqlar koronavirusu daha yüngül keçirir - Baş pediatr
BTQ ilə yük daşımaları 50 faiz artıb
Bərdədə canavar sürüsü kəndə girərək təsərrüfata hücum çəkib (VİDEO)
FHN Xəzərdə reyd keçirdi, 3 gəmi istifadəçisi məsuliyyətə cəlb olundu (FOTO/VİDEO)
Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib (YENİLƏNİB) (FOTO/VİDEO) (VİDEOYAYIM)
Fəzail İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib
Azərbaycanla Ukrayna aqrar sahədə əməkdaşlığı genişləndirir
Şamaxıda toy sahibi və qonaqlar cərimələndi
Qaradağda daş karxanasında faciə, usta öldü
Bərdədə ad günü keçirənlər cərimələndi
BVF Azərbaycanın valyuta ehtiyatları ilə bağlı proqnozlarını açıqlayıb
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Saatlıda yas mərasimi aşkarlanıb
Gəncədə küçə və prospektlər dezinfeksiya edilib (FOTO)
Mərkəzi Bank yeni əsginaslarla bağlı problemi aradan qaldırmaq üçün tapşırıq verib
Zədələnmiş pulları dəyişdirmək üçün ofis yaradılıb
İmişlidə toy məclisi aşkarlandı, 2 nəfər cərimələndi
MTRŞ üzvü ürək tutmasından vəfat edib
Xəzər İcra Hakimiyyətinin həbsdə olan baş memarının işi məhkəməyə göndərildi
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Pensiyaların ödənilməsi ayın 15-də tam yekunlaşacaq
Milli Konservatoriyada koronavirusa görə əyani dərslər dayandırılıb
Rabitəbankda illik 15% ilə nağd pul kreditinə yaşıl işıq!
Hacıqabulda toy məclisinin qarşısı alınıb
Özbəkistan “ASAN xidmət” modelini öyrənir (FOTO)
Ötən gün ölkə ərazisində 21 yanğın olub, 3 nəfər xiulas edilib
Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi açıqlanıb
Vətən müharibəsində iştirak edən həkim koronavirusdan vəfat edib
Türkiyədə Ramazanda kütləvi tədbirlər keçirilməyəcək
Bakıda avtomat satmaq istəyən şəxs yaxalandı (FOTO)
İnstitusional təşəbbüslərin reallaşması vətəndaşlara dövlət qayğısının təzahürüdür - Kamaləddin Qafarov
Ağcabədidə 40 yaşlı kişi elektrik dirəyindən yıxılıb öldü
Karantin qaydaları kiminsə arzu, istəyi ilə tənzimlənmir - Adil Qeybulla
Bakıda 48 minə yaxın sərnişinə xidmət edəcək müntəzəm marşrut xətti açılıb (FOTO)
Bərdədə yas mərasimi aşkarlanıb
Tovuzda toya toplaşanlar cərimələnib (VİDEO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Evini tərk edən daha 17 koronavirus xəstəsi aşkarlandı, 2 nəfərə cinayət işi açıldı
Sabirabadda toy məclisi aşkarlandı, 9 nəfər cərimələndi
Oğuzda COVID-19 xəstəsi ictimai yerdə saxlanılıb
“Yaşıl Marafon” çərçivəsində Şəmkirdə ağac tingləri paylanılıb (FOTO)
Yevlaxda toy edənlər cərimələndi
Lənkəranda toy mərasimləri keçirilən 3 obyekt aşkarlanıb
Göyçayda 3 toy mərasiminin qarşısı alınıb (FOTO)
Siyasi partiyalar arasında dialoq istiqamətində real addımlar yeni siyasi mühitin formalaşmasına səbəb oldu - Tamam Cəfərova
Bakıda daha bir toy mərasimi aşkarlandı (VİDEO)
Aprelin 12-də xarici valyutaların manata qarşı məzənnələri
Balakəndə nişan mərasimi keçirənlər məsuliyyətə cəlb edilib (FOTO)
Bütün xəbərlər