...

Yuxudan oyatmaq üçün elektrik şok ötürən saat istehsal edilib (FOTO)

Cəmiyyət Materials 9 İyun 2017 12:53 (UTC +04:00)
Hər səhər işə getmək üçün zəngli saat qururuq, lakin buna baxmayaraq zəngli saatları söndürüb yenidən yuxuya gedirik və beləliklə də işə gecikirik.
Yuxudan oyatmaq üçün elektrik şok ötürən saat istehsal edilib (FOTO)

Bakı. Trend:

Hər səhər işə getmək üçün zəngli saat qururuq, lakin buna baxmayaraq zəngli saatları söndürüb yenidən yuxuya gedirik və beləliklə də işə gecikirik. Artıq bu problemi aradan qaldıran yeni cihaz yaradılıb.

Kickstarter üzərindən kampaniyası başladılan Alarmshock, istifadəçilərinin zəngli saatlarını təxirə salaraq gec qalma vərdişlərini aradan qaldırmağı qarşısına məqsəd qoyub. İstifadə olunan sistem olduqca sadədir. AlarmShock bir stend və qolbaqdan meydana gəlir. Gecə yatmazdan əvvəl yuxudan durmaq istədiyiniz vaxtı stend üzərindən təyin edirsiniz. Daha sonra isə qolbağı taxaraq yatırsınız. Vaxtı gəldiyində isə qolbağ həm siqnal çalır, həm də titrəyişlər edərək sizi yuxudan oyadır. Zəngli saatı dayandırmaq üçün isə yataqdan qalxaraq qolbağı stendə qoymaq laqzımdır.

Fərz edək ki, zəngli saatı söndürmədiniz. Yaxşı o zaman nə olur? Zəngli saat iki dəqiqə ərzində dayandırılmadıqda, qolbaq istifadəçilərinə kiçik elektrik şoku ötürür. Beləliklə də insanların yuxudan oyanmamaq şansı qalmır. Üstəlik stend, istifadəçiləri yuxudan oyandırmaqdan əlavə, qolbağı enerji ilə təmin edir.

Alarmshock texnologiyasına sahib olmaq istəyənlər 90 sterlinq, yəni təxminən 117 dollar pul ödəməlidirlər. Kickstarter kampaniyası yeni başladığından bu məhsula qısa müddət ərzində, 77 funt sterlinq - yəni 100 dollar ödəməklə sahib ola bilərlər.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda, həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqqında xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin.

"Texno Park" bazar günü saat 16:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

https://www.youtube.com/TexnoPark

https://www.facebook.com/AZTexnoPark/

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti