Bakı. Ənvər Məmmədov - Trend:
"Ferrari"nin pilotu Sebastyan Fettel bolidi təhlükəli idarə etdiyinə görə 10 saniyəlik "Stop&Go" alıb.
Trend-in məlumatına görə, Fetteldən əlavə, Kimi Raykkonen və Serxio Peresdə cəzalandırılıb. Hər iki pilot pit-leyndən keçmək cəzası alıb.
XXX
18:48
"Williams" komandasının pilotu Felipe Massa və "Renault"un pilotu Niko Hulkenberq Formula 1 Azərbaycan Qran Prisində mübarizəni dayandırıblar.
Trend-in məlumatına görə, Hulkenberq qəza səbəbindən, Massa isə boliddə texniki nasazlıq yaranması səbəbindən yarışı tərk ediblər.
Qeyd edək ki, 30 dövrədən sonralider "Mersedes" komandasının pilotu Lyüis Hemiltondur, 2-ci pillədə Sebastyan Fettel, 3-cü pillədə isə "Red Bull"un pilotu Danien Rikardo qərarlaşıblar.
XXX
18:40
2 yarışı tərk etmiş pilot trasa geri qayıdıblar.
Trend-in məlumatına görə, yarışın dayanmasından istifadə edən "Ferrari" komandası Raykkonenin bolidini bərpa ediblər və o, trasa qayıdıb. Eyni vəziyyət Peres ilə də yaşanıb.
XXX
18:15
Daha 2 pilot Formula 1 Azərbaycan Qran Prisində mübarizəni vaxtından əvvəl dayandırıb.
Trend-in məlumatına görə, Kimi Raykkonen arxa təkərinin partlaması səbəbi ilə mübarizəni vaxtından əvvəl dayandırıb.
Bundan əlavə, pilot Serxio Peres Okon ilə toqquşmadan sonra mübarizəni dayandırıb. Trasda qırmızı bayraq qaldırılıb, bolidlər pit-leynə qayıdır. Trasda bolidlərin qırıntılarını toplayırlar.
XXX
17:51
"Renault" komandasının pilotu Colion Palmer döngələrdən birində bolidinin tüstüləməyə başlaması səbəbi ilə Formula 1 Azərbaycan Qran Prisində mübarizəni vaxtından əvvəl dayandırıb.
Trend-in məlumatına görə, "Red Bull" komandasının pilotu Daniil Kvit 12-ci döngədən boldinin mühərrikində problem olması səbəbi ilə mübarizəni dayandırıb.
Bundan əlavə, Ferstappenində mühərrikində problem yaranıb və oda mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
XXX
17:41
"Formula 1" Azərbaycan Qran Prisi yarışında ilk qəza olub.
Trend-in məlumatına görə, 2-ci döngədə Valtteri Bottasın ("Mersedes") Kimi Raykkonen ilə toqquşması nəticəsində yarış maşınında qabaq sağ təkəri partlayıb. Bottas bokslara geri dönüb və onun bolidinə "Soft" təkərləri qoyublar.
Daha sonra, Bottas 1 dövrə gecikmə ilə trasa qayıdıb.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.