...

Daha bir Küveyt aviaşirkəti Bakıya birbaşa uçuşlara başlayacaq

Cəmiyyət Materials 11 İyul 2017 18:36 (UTC +04:00)
Küveytin “Wataniya Airways” aviaşirkəti Bakıya birbaşa reyslər həyata keçirəcək.
Daha bir Küveyt aviaşirkəti Bakıya birbaşa uçuşlara başlayacaq

Bakı. Maksim Tsurkov - Trend:

Küveytin “Wataniya Airways” aviaşirkəti Bakıya birbaşa reyslər həyata keçirəcək.

Trend-in məlumatına görə, Əl-Küveytdən Bakıya ilk reys iyulun 12-də baş tutacaq.

Reyslər həftədə iki dəfə - çərşənbə və şənbə günləri həyata keçiriləcək. Biletin qiymətinin bir tərəfə 404,15 manat olacağı deyilir.

Qeyd edək ki, daha əvvəl Küveytin “Jazeera Airways” aviaşirkəti də Bakıya birbaşa uçuşlara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti