Bakı Ali Neft Məktəbində ilk "Məzun günü" keçirildi (FOTO)

Bakı Ali Neft Məktəbində ilk "Məzun günü" keçirildi (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) ilk “Məzun günü” keçirilib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qari Counz, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, SOCAR və BP şirkətlərinin rəsmiləri və müəssisələrinin rəhbərləri, ali məktəblərin rektorları, transmilli şirkətlərin nümayəndələri, Böyük Britaniyanın Heriot-Watt Universitetinin nümayəndələri, Ali Məktəbin professor-müəllim heyəti, məzunlar və valideynlər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə 1 may 2017-ci il tarixində keçirilən BANM-in yeni kampusunun açılışına həsr olunmuş video-çarxın nümayişi ilə başlayıb.

BANM-in rektoru Elmar Qasımov çıxış edərək qonaqları salamlayıb, məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edib onlara gələcək həyatlarında və peşə fəaliyyətlərində uğurlar arzulayıb. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin gənclərə olan qayğısı nəticəsində ölkəmizdə hər sahədə, eləcə də, ali təhsil ocaqlarında onların yüksək səviyyəli təhsil almaları üçün hər cür şərait yaradılıb. “Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış, ölkəmizin intellektual gəncliyinin BANM-dən məzun olmaları bizim üçün qürurverici hadisədir”,- rektor vurğuladı.

Elmar Qasımov BANM-in məzunlarının uğurlarından söhbət açaraq, qeyd etdi ki, Ali Məktəbin bir sıra məzunu dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin magistratura pilləsinə təqaüd qazanmaqla daxil olublar. Digərləri isə SOCAR-Türkiyə, Star Refinery, BP və bu kimi transmilli şirkətlərə işə qəbul olunublar.

SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev BANM-in ilk məzunlarını təbrik edərək onlara Azərbaycanın milli təhsil brendi olan Bakı Ali Neft Məktəbin ənənələrini davam etdirib yüksək səviyyəli bir neft-qaz mütəxəssisi olacağını arzulayıb. “Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən bizim qarşımıza qoyulan vəzifələr, “Biz neft kapitalını insan kapitalına çevirməliyik” vəzifəsi artıq yerinə yetirilir və siz gənclər Azərbaycanın gələcəyini quran mütəxəssislər kimi yetişəcək, gələcək inkişafımız üçün yüksək səviyyədə sənayemizi inkişaf etdirəcəksiniz”,- SOCAR-ın prezidenti dedi.

BP şirkətin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qari Counz Ali Məktəbin fəaliyyətinin beynəlxalq sahədə yüksək səviyyədə olmasını vurğulayaraq, gələcəkdə bu amilin Ali Məktəbi dünyanın ən qabaqcıl universitetlərindən birinə çevirəcəyini qeyd edib.

Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, BANM-in tələbələri “Məzun günü” münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. O, ingilisdilli yüksək ixtisaslı mütəxəssislər hazırlayan BANM-də yetişdirilən gələcək mühəndis kadrların Azərbaycan sənayesinin parlaq gələcəyinə zəmin yaratdığını deyib. F.Qurbanov vurğuladı ki, ali təhsilli mühəndis kadrlar sənayenin və iqtisadiyyatın digər sahələrinin sürətli inkişafında bundan sonra da öz sözlərini deyəcək, ölkəmizə sədaqətlə xidmət edəcəklər.

Heriot-Watt Universitetinin dekanı və Mühəndislik və Təbiət elmləri institutunun rəhbəri Piter Kyu BANM-in məzunlarını təbrik edərək onlara gələcək karyeralarında uğurlar və yeni-yeni nailiyyətlər arzuladı. O, Ali Məktəbin məzunlarının Azərbaycanın gələcəkdə mühəndislik sahəsində ən peşəkar kadrları olacağına əminliyini vurğuladı.

“Məzun günü” diplomların təqdim olunma mərasimi ilə davam edib. 2016/2017-ci tədris ilində Ali Məktəbinin 102 məzunu BANM-in və Heriot Vatt Universitetinin diplomlarını alıb. Xatırladaq ki, Şotlandiyanın Edinburq şəhərində yerləşən Heriot-Vatt Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında iki diplom layihəsi çərçivəsində mütəxəssis hazırlığı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə çərçivəsində Ali Məktəbdə bakalavriat səviyyəsində “Neft-qaz mühəndisliyi “ və “Kimya mühəndisliyi” ixtisasları üzrə mütəxəssis hazırlığı Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirilir.

Daha sonra “Kimya mühəndisliyi” ixtisası üzrə birincisi olan Əhməd Qələndərlini və “Neft-qaz mühəndisliyi” ixtisası üzrə birincisi olan İbrahim Məmmədov plaketlə təltif olunublar. İbrahim Məmmədovun adı simvolik kötüyə həkk olunub.

Məzunların doğma Bakı Ali Neft Məktəbinə və sevimli müəllimlərə minnətdarlıq duyğularını Fəhmin Hüsüzadə və Fidan Səlimzadə çatdırıblar. Onlar, BANM-də təhsil alan məzunların layiqli kadrlar kimi yetişməsində zəhməti olan hər kəsə minnətdarlığını bildiriblər. Valideynlər adından çıxış edən, “Kimya mühəndisliyi” ixtisası üzrə məzunu Kəmran Əliyevin atası - Faiq Əliyev, BANM-in rəhbərliyinə, professor və müəllimlərinə gənc nəslin təlim və tərbiyəsində sərf etdikləri əməyə görə təşəkkürünü bildirib.

Tədbirin bədii hissəsində Bakı Kaledoniya cəmiyyəti və Azərbaycanın tanınmış kollektivlərindən biri olan Natiq ritm qrupunun çıxışları ilə məzunları təbrik etdilər. Sonda mantiya geyinmiş məzunların ənənəvi “papaq atma” mərasimi keçirilib.

JOCAP "Abşeron" yatağının işlənməsi ilə bağlı son işlər barədə
JOCAP "Abşeron" yatağının işlənməsi ilə bağlı son işlər barədə
"Brent" markalı neftin qiyməti bahalaşıb
"Brent" markalı neftin qiyməti bahalaşıb
TANAP tam gücünə 2022-ci ildə çatacaq
TANAP tam gücünə 2022-ci ildə çatacaq
Loading Bars
Xəbər lenti
Bakıda evdə yanğın olub
Kəlbəcər rayonu bu gün Azərbaycana təhvil verilir
Türkiyə və Rusiya Prezidentləri arasında telefon danışığı olub
Azərbaycan Memarlar İttifaqının üzvləri dünya mədəni irs təşkilatlarına müraciət ünvanlayıb
Azərbaycanın parlaq zəfərini şərtləndirən amillər hansılar oldu? - ŞƏRH
Kəlbəcəri tərk edən ermənilərin "yanmış torpaq" strategiyası AK-nın diqqətindən yayınmadı - "Europe Diplomatic"
Türkiyədə koronavirusdan sağalanların sayı 381 mini keçib
Ermənistan hərbi polisi: Bir çox döyüş iştirakçısı silahlarını təslim etmədi
Prezident İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub
Ağdamı Qafqazın Dubayına çevirmək olar
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası aviaşirkətlərin itkiləri barədə
“Vikipediya”nın özbək dili bölməsində Ağdam haqqında məqalə əsaslı redaktə olunub (FOTO)
33 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - Nazirlik
ISESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Ermənilər Kəlbəcərin girişindəki "Xoş gəlmisiniz" lövhəsini söküblər
Pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə bağlı inzibati işlərə baxacaq orqanlar müəyyənləşib
Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb
Xalq artisti Əjdər Həmidov vəfat edib
Valideynlərini itirmiş uşaqların təhsil haqqını onlar övladlığa götürüldükdə də dövlət ödəyəcək
Gələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək
Vergi Məcəlləsində dəyişiklik edilib
“Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişikliklər təsdiqləndi
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib
Publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçiriləcək
Prezidentə yazırlar: Sizin sayənizdə Azərbaycan xalqı tarixə şanlı hərflərlə Qələbə sözünü yazdı
Şuşa şəhərinin havadan videogörüntüsü
Sahibə Qafarova TBMM və AŞPA-nın təşəbbüsü ilə keçirilən beynəlxalq konfransa qatılıb (FOTO)
Azərbaycan üçün qəbulolunan hər bir nəticə Türkiyə üçün də qəbulolunandır - Çavuşoğlu
Məhkəmə İmişlinin keçmiş icra başçısının vəsatətini rədd etdi
Qafqaz ermənilərinə bir neçə söz…
Azərbaycanda 3 646 nəfər COVID-19-a yoluxub, 1 259 nəfər sağalıb, 34 nəfər vəfat edib
Noyabrın 25-də manatın dollara qarşı məzənnəsi
Ermənistanda müdafiə nazirinin daha bir müavini istefa verdi
Bu gün Azərbaycan bütün dünyada tolerantlıq nümunəsidir - Deputat
Bura Çernobıl deyil! Bura Qarabağdır! (VİDEO)
Ermənilərin dəyişdirdiyi tarixi ərazilərimizin adları virtual ensiklopediyada bərpa olunub
Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb - KOMİSSİYA
İşğaldan azad olunmuş Ağdamın Abdal və Gülablı kəndləri (VİDEO)
Qarabağda Türkiyə və Rusiya silahlı qüvvələri birgə patrul xidməti həyata keçirəcək - Hulusi Akar
Bərdə - Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrılıb - SƏRƏNCAM
İşğaldan azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahı yaradıldı - SƏRƏNCAM
Cəlilabadda koronavirusa yoluxmuş 3 nəfər yaşayış yerini tərk edib
Dağlıq Qarabağla bağlı bütün öhdəliklər icra olunur - Lavrov
Xəzər dənizində zəlzələ olub
53 ictimai iaşə obyektində kobud pozuntular aşkarlanıb (FOTO)
Koronavirusdan sağalmış şəxslər ağır xəstələrə donor ola bilərlər - RƏSMİ
Qubadlı Məşğulluq Mərkəzinin sabiq rəhbərinin məhkəməsi başlayır
Dağlıq Qarabağda tərəflərin maraqları nəzərə alınmaqla tənzimlənmə üçün şərtlər yaranır - Putin
Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir - XƏBƏRDARLIQ
Bitkoinin qiyməti 19 min dolları keçdi
Qaxda karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir (FOTO)
Bakının məşhur bazarı köçürülür (FOTO)
Azərbaycan dili ilə bağlı onlayn tədris və imtahan platforması hazırlanacaq
Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə məcburi köçkünlər üçün aksiyada iştirak edib (FOTO)
Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak edən hərbi qulluqçularının bir qrupu geri qayıdıb (FOTO)
Ermənistanda istefa verən nazirlərin sayı 6-ya çatdı
Ev almaq istəyənlər üçün sərfəli kredit imkanı
Kişiyə hamilə diaqnozu qoyulması xəbərləri ilə bağlı araşdırma aparılıb - TƏBİB
Şuşa yolunun tikintisi davam edir: Torpaq işləri aparılır (FOTO)
İranda koronavirusa yoluxanların sayı 880 mini keçdi
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
İlahiyyat İnstitutunda onlayn ingilis dili kurslarına start verilib (FOTO)
Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş zərər dəqiqləşdirilir - Orxan Məmmədov
Gürcü ziyalılarının iştirakı ilə Kamal Abdullanın 70 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib
Ermənilər Ağdamın kəndində əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərindən kömək istəyib (VİDEO)
Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr üzrə müddətli əlavələr ödənilib
Dağlıq Qarabağın işğalında iştirak etmiş erməni general ölüb
Çin Aya növbəti missiya göndərib - 2 kiloqram süxur gətirəcək
Coğrafi adlar və alınma sözlərin düzgün yazılışı ilə bağlı standartlar hazırlandı
Ermənistan işğal etdiyi ərazilərdə qədim dini və mədəni irsi tamamilə silməyə çalışıb - Dini konfessiyaların birgə bəyanatı
Qarsda logistika mərkəzinin istismara veriləcəyi tarix açıqlanıb
Ağdamın azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın nəticəsidir - Rauf Əliyev
Sabahın hava proqnozu açıqlanıb
İki gündə evini tərk edən 50-dən çox koronavirus xəstəsi məsuliyyətə cəlb olunub
Müharibə vaxtı Paşinyanın deputatları ABŞ-a qaçmaq istəyib
Ağdamın böyük potensialı - TƏHLİL
Evini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
“PAŞA Həyat”dan şəhid ailələrinə dəstək
AYİB Gəncə üçün Azərbaycana kredit ayırıb
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Rusiyada bir gündə koronavirusdan 500-ə yaxın ölüm qeydə alınıb
Eksternat imtahanlarının vaxtı bəlli olub
Şəhid polkovnik Babək Səmidli dəfn olunub (FOTO)
Qarabağ Azərbaycanda iqtisadi artımın yeni drayveri olacaq - Vüsal Qasımlı
Milli Məclisin növbəti iclasının vaxtı məlum olub
Polietilen torbalar və plastik stəkanların satışına məhdudiyyət barədə layihə ikinci oxunuşda təsdiqləndi
Təəssüf ki, çox həkimlər süni tənəffüs aparatlarının funksiyalarını yaxşı bilmirlər - TƏBİB
Dövlət qulluqçularının xidməti yeni qaydalarla qiymətləndiriləcək
Azərbaycan nefti bahalaşır
Gəncədə qışa hazırlıq işləri yekunlaşıb (FOTO)
Çində koronavirusa görə 600-dən çox reys təxirə salınıb
Evdə müalicə olunan COVİD xəstələrinin sayı açıqlandı
"Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında əsasnamə ikinci oxunuşda təsdiq edilib
Dövlət səviyyəsində antibiotiklərin reseptsiz satışına sərt nəzarət olmalıdır - Səhiyyə nazirliyi
Milli Məclisdə həmkarlarımız arasında COVID-19-a yoluxanlar var - Spiker
Milli Məclis yeni orden və medallarla bağlı layihəni ikinci oxunuşda təsdiqlədi
Düşmən Azərbaycan mövqelərini bu ərazidən atəşə tuturdu (FOTO)
Milli Məclisin növbəti iclası başlayıb
Bütün xəbərlər