...

600-dən yuxarı bal toplayan abituriyentlər UNEC-də (FOTO)

Cəmiyyət Materials 18 İyul 2017 15:18 (UTC +04:00)
Akademik Zərifə Əliyeva adına lisey, Gənc istedadlar liseyi, “Hədəf” kurslarını bitirərək, qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər UNEC-də olublar.
600-dən yuxarı bal toplayan abituriyentlər UNEC-də (FOTO)

Bakı. Trend:

Akademik Zərifə Əliyeva adına lisey, Gənc istedadlar liseyi, “Hədəf” kurslarını bitirərək, qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər UNEC-də olublar.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, rektorun köməkçisi Ramil Cabbarov abituriyentlərə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində təhsil imkanları ilə bağlı ətraflı məlumat verib, UNEC brendinin fəlsəfəsini açıqlayıb. UNEC-də tədris edilən ixtisaslar, SABAH qrupları, təqaüd və ikili diplom proqramlarından söz açıb, Elektron Universitet Modeli, keçid balları, beynəlxalq mübadilə proqramlarından danışıb, abituriyentləri maraqlandıran sualları cavablandırıb.

Sonra abituriyentlər üçün UNEC ərazisində infotur təşkil edilib. Onlar yay məktəbində iştirak edən tələbələrin imtahan prosesini izləyiblər. Maliyyə Laboratoriyası, Virtual Müəssisə, oxu zalı, kitabxana ilə tanış olublar. İnfotur çərçivəsində abituriyentlər ilk dəfə olaraq, auditoriyada əyləşmək həyəcanını da yaşayıblar. Abituriyentlərə Yaradıcılıq Mərkəzi və Radio UNEC barədə də məlumat verilib. Universitetlə tanışlıqdan məmnun qaldıqlarını bildirən abituriyentlər buraya UNEC tələbəsi kimi gəlmək arzusunda olduqlarını bildiriblər.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti