...

İyulun 27-də imtahan verən abituriyentlər üçün Apelyasiya Komissiyası fəaliyyətə başlayıb

Cəmiyyət Materials 28 İyul 2017 10:53 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi iyulun 27-də keçirilən qəbul imtahanında iştirak edən abituriyentlər üçün Apelyasiya Komissiyası fəaliyyətə başlayıb.
İyulun 27-də imtahan verən abituriyentlər üçün Apelyasiya Komissiyası fəaliyyətə başlayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 27-də keçirilən qəbul imtahanında iştirak edən abituriyentlər üçün Apelyasiya Komissiyası fəaliyyətə başlayıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Komissiya iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahan zamanı təxliyə olunan və buna görə də iyulun 27-də imtahan verən abituriyentlərin istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar müraciətlərinə baxacaq.

Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apelyasiya Komissiyasına bu gün saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Apelyasiya Komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti