...

Rezidenturaya keçirilən əlavə yerləşdirmənin NƏTİCƏLƏRİ açıqlandı

Cəmiyyət Materials 1 Avqust 2017 13:48 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə qəbul üçün keçirilən müsabiqənin nəticələrini açıqlayıb.
Rezidenturaya keçirilən əlavə yerləşdirmənin NƏTİCƏLƏRİ açıqlandı

Bakı. İlhamə İsabalayeva – Trend:

Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə qəbul üçün keçirilən müsabiqənin nəticələrini açıqlayıb.

Mərkəzdən Trend-ə bildirilib ki, müsabiqədə iştirak etmək üçün 13 namizəd ərizə ilə müraciət edib. onların 11-i rezidenturaya qəbul olub. Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 2 və 3-də Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti