Ailə dəyərlərimizi necə qoruyaq?

Ailə dəyərlərimizi necə qoruyaq?

Bakı. Trend:

Bu gün "Azərkitab"ın ofisində Gənc Vətəndaş İctimai Birliyi tərəfindən "Ailə üçün dəyər" mövzusunda tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə ailə dəyərləri haqqında müxtəlif fikirlər səsləndirilib.

Birliyin icraçı direktoru, hüquqşünas Günel Səfərova bildirib ki, son illərdə boşanma hallarının artması ailə dəyərlərini sıradan çıxarır: "Ailə qiymətsizdir. Bizim "Ailə üçün dəyər" layihəmiz Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib. Layihə çərçivəsində bir sıra bölgələrdə - Xaçmazda, Lənkəranda, Ağdaşda müxtəlif maarifləndirici tədbirlərlə yanaşı, mütəxəssislərimiz tərəfindən peşəkar hüquqi xidmətlər verildi.

G.Səfərova onu da qeyd edib ki, layihənin məqsədi daha geniş formada və mütəmadi şəkildə fəaliyyət göstərməkdir: "Uzun müddətdir Gənc Vətəndaş İctimai Birliyinin gerçəkləşdirmək istədiyi bir ideya var. "Ailə üçün dəyər" layihəsi yalnız 3 ay müddətinə davam edir. Bu müddətdən sonra insanlarla mütəmadi şəkildə işləmək üçün daimi bir qurum - Ailə Hüquq Akademiyasını yaratmaq istəyirik. 2016-cı ilin statistikasına baxsaq, çoxsaylı boşanma hallarının qeydə alındığını görəcəyik. Bu çox acınacaqlı haldır. Biz insanları ailə dəyərləri mövzusunda maarifləndirməklə bu göstəricilərin mümkün qədər azalmasına çalışırıq. Bizim əsas məqsədimiz müasir ailə modelinin, ailə dəyərlərinin formalaşdırılmasıdır".

Tətbirdə millət vəkili Hikmət Babaoğlu da mövzu ətrafında maraqlı fikirlər səsləndirib: "Ailə milli dəyərlərin, həm də millətçiliyin təməlidir. Azərbaycanda ailə anlayışı hüququn təməlidir. Sağlam ailə təməlləri olmasa, cəmiyyətlər formalaşa bilməz. Biz bir qədər sosial politologiya elminin dərinliyinə getsək, görərik ki, illərlə qoruyub saxladığımız adət-ənənələrin də əsası ailədən başlayır. Ailə, ailə fərdlərinin sağlam gələcəyi üçün düzgün qərarlar qəbul etmək önəmlidir. Ona görə Zərdüşt deyirdi ki, qiymət özü qiymətli şeylərin ən qiymətlisidir”.

"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bildirib ki, son zamanlar cəmiyyətdə ən aktual problemlərdən biri olan ailə dəyərləri haqqında çox söz demək olar: "Cəmiyyətdə müxtəlif səbəblərdən ailə problemləri yaşanır. Ailədə yaranan ən xırda problemlərin belə həll olunmadan üstündən keçilməməlidir. Ailə dəyərləri deyildiyi qədər asan mövzu deyil. Bu mövzu çox dərin və qəliz nüansları özündə birləşdirir. Hər bir ölkənin özünə xas dəyərləri olduğu kimi Azərbaycanın da ən önəmli dəyərlərindən biri məhz ailə dəyərləridir. Unutmaq olmaz ki, düzgün ailədə böyüyən bizim gələcək nəsildir. Ailə dəyərlərini o qədər müdafiə etmək lazımdır ki, bu ailədə yetişən gənclik sabah vətənpərvər, mühafizəkar və bir o qədər də mübariz ruhlu olsun. Elə gənclər yetişdirmək lazımdır ki, onlar sabah öz haqqları, eləcə də ailə dəyərləri uğrunda var güclərilə mübarizə apara bilsinlər".

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, bu gün müzakirə etdiyimiz mövzunun bir başqa tərəfində də ailə həyatı qurmamış xanımlarımız dayanır: "Toplumda qəribə bir tendensiya mövcuddur. Dünya ölkələri üzrə ən gözəl xanımlar elə Azərbaycan xanımlarıdır. Lakin danılmaz faktdır ki, Avropada adət-ənənə fərqlidir, ailə dəyərləri fərqlidir, bizdə isə fərqli. Düşünmək olar ki, illər keçir və müasir cəmiyyətin, müasir gəncliyin gələcəyə dair planları fərqlənir. Lakin hər bir halda valideyn sevgisindən məhrum qalan uşaqların sayının azalması və boşanma hallarının qarşısını almaq üçün ailə dəyərlərinə sahib çıxmaq lazımdır".

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev bildirdib ki, Azərbaycanda ailə dəyərlərinin möhkəmləndirilməsi istiqamətində məhdud sayda layihələr gerçəkləşdirilir: ““Ailə üçün dəyər” layihəsi bu gün cəmiyyət üçün lazımlı nüansları istər maarifləndirici mövzularda, istərsə də səyyar hüquqi xidmətlər mövzusunda peşəkar şəkildə işlənmişdir. Layihə əməkdaşları cəmiyyətə ailə dəyərlərini, onun vacibliyini aşılayaraq, sağlam cəmiyyətin formalaşmasına təkan verir. Bu gün hüquqşunaslara çoxsaylı boşanma ərizləri daxil olur. Bu heç də arzulanan hal deyil. İnsanlar ailə psixoloqlarına müraciət etməkdən çəkinirlər. Xaricdə isə bu tamamilə normal haldır. Avropada xüsusi qurumlar var ki, boşanmaq istəyən cütlüklər bu qurumlara müraciət edirlər. Burada problemlər müxtəlif istiqamətlərdə araşdırıldıqdan sonra məhkəmələrə müraciət ərizəsi verilməsinə icazə verilir. Bu ideyanı isə Gənc Vətəndaş İctimai Birliyinin yaradacağı Ailə Hüquq Akademiyasının reallaşdıracağına və cəmiyyətimiz üçün yararlı layihələrə imza atacağına ümid edirik".

Yeni Yazarlar Klubunun rəhbəri, kulturoloq Aydınxan Əbilov qeyd edib ki, bu gün cəmiyyətdə ailə dəyərləri arzulanan dərəcədə deyil: "Ailə dəyərləri dedikdə çox müxtəlif mövzulara toxunmaq olar. Avropada eynicinsli insanların ailə qurmasına rəsmi olaraq icazə verilib. Amma burada hansı ailə dəyərlərindən söhbət açmaq olar? Cəmiyyətimizdə bu gün qadınlara qarşı müəyyən mənada mühafizəkarlıq hiss olunur. Bu özü də milli dəyərlərin göstəricisidir. Bu gün bir kişinin bir xanıma qarşı göstərdiyi kobud münasibət kişi ilə kişi arasında yaşanan kobudluqdan daha çox diqqət çəkir və daha çox hüquqi yollarla tənzimlənir. Bu gün cəmiyyətdə ailə dəyərlərinin qorunması istiqamətində düzgün təbliğata maarifləndirici tədbirlərə ehtiyac var. İstərdim ki, müasir dövr və gənclik ailə dəyərlərini itirməsin".

Dübəndi terminalında neft nəqli kəskin şəkildə artıb
Dübəndi terminalında neft nəqli kəskin şəkildə artıb
Yapon şirkətləri azad edilmiş ərazilərdə elektroenergetika üzrə bərpa işlərində  maraqlıdır - Səfir (FOTO)
Yapon şirkətləri azad edilmiş ərazilərdə elektroenergetika üzrə bərpa işlərində maraqlıdır - Səfir (FOTO)
Azərbaycan Qarabağda yaşıl enerji zonalarının yaradılması üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq edəcək - Nazir (FOTO)
Azərbaycan Qarabağda yaşıl enerji zonalarının yaradılması üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq edəcək - Nazir (FOTO)
Loading Bars
Xəbər lenti
Beynəlxalq Bankın xalis mənfəəti dəfələrlə azalıb
Dübəndi terminalında neft nəqli kəskin şəkildə artıb
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
Pambıqçılığın inkişafı ilə bağlı ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib (FOTO)
İşğaldan azad edilmiş torpaqların inkişaf modeli nümunəvi xarakter daşıyacaq - Könül Nurullayeva
BNA-da Vətən müharibəsinin iştirakçısı olan əməkdaşlarla görüş keçirilib
Bakıda yol qəzası tıxaca səbəb olub
“YAŞAT" Fondu tərəfindən daha 3 nəfərin əməliyyatı təmin edilib (FOTO)
İran Qarabağın bərpasında aktiv iştirak etmək niyyətindədir - Nümayəndələr Azərbaycana səfər edəcək
Sovet rəhbərliyi 20 yanvar faciəsini törətməklə Azərbaycan xalqının qürurunu sındırmaq istəyirdi - Arzu Nağıyev (VİDEO)
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikan cavab verib
Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN çavuşu (FOTO)
Kəlbəcər rayonunun Çopurlu kəndi (FOTO/VİDEO)
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar sosial müdafiə tədbirləri ilə əhatə olunublar
YAP Zəngilan rayon təşkilatında 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
ADU-da 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş seminar keçirilib
Azərbaycana gələn Türkiyə vətəndaşları üçün etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib
İşğaldan azad olunan əraziləri minalardan təmizləmək üçün Rusiyadan yeni avadanlıqlar gətirildi (FOTO/VİDEO)
Yanvarın 21-nə USD/AZN rəsmi məzənnəsi
Ermənistan vətəndaşları Qarabağdakı zənginlər uğrunda ölməməlidir - Erməni jurnalist
Türkdilli dövlətlər arasında əməkdaşıq perspektivləri müzakirə edilib
Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 71,8 milyon manat daxil olub
Xaçmazda Şəhidlər Xiyabanı yenidən qurulub (FOTO)
Kanada mediasında 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc olunub
Azərbaycan - Türkiyə media platforması birgə əməkdaşlığa yeni çalarlar qatacaq - Naqif Həmzəyev
Sabirabadda “Mercedes” yanıb
Aida Mahmudovanın ABŞ-da açılmış sərgisi beynəlxalq media tərəfindən geniş işıqlandırılıb (FOTO)
Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi imzalanıb
Ötən ilin ən çox istifadə olunan hava limanı məlum oldu
İşğaldan azad edilmiş ərazilərdə nar bağları salınacaq
15 mikrondan çox olan polietilen torbaların pulla satılması təklif edilir
Səhiyyə Nazirliyinin əməkdaşları peyvənd olundu
YAP 2020-ci ilə dair gəlir və xərclərini açıqlayıb
Koronavirusla bağlı nəqliyyat vasitələrində yol verilən nöqsanlar açıqlanıb
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir (FOTO/VİDEO)
Bağdad Amreyev: Azərbaycan torpaqlarının azad edilməsi bütün türk dünyasının böyük zəfəridir
Nurlan İbrahimov Qarabağ klubundakı vəzifəsindən ayrıldı
2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunmasını təklif edirik - Bağdad Amreyev
YAP 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verdi
Xəzərə tullantı sularının axıdılması halları xeyli azalıb - Nazirlik rəsmisi
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası proqramı hazırlanıb
Prezident İlham Əliyev: Bu çətin vaxtda mənəvi-siyasi dəstək bizim xalqımız üçün olduqca vacibdir
Tullantıların idarəolunması üçün 8 regional poliqon yaradılacaq - Nazirlik
Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir - Ekspert
Prezident İlham Əliyev: Şuşa hələ çox beynəlxalq tədbirlər görəcək
Azərbaycan Prezidenti: Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik
Azərbaycan Prezidenti: Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır
BNA sürücü və sərnişinlərə xəbərdarlıq etdi
“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib
Prezident İlham Əliyev: Gələcək nəsillər yadda saxlasınlar ki, yalnız öz gücümüzə güvənməliyik
Prezident İlham Əliyev: XX əsrdə belə barbarlıq, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib
Prezident İlham Əliyev: Xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar
MM Komitəsi azad edilmiş ərazilərdə aqrar sahənin inkişafını qiymətləndirəcək
Dövlət qulluğu üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib
Ombudsman 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
İstedadlı şagirdlər eksternat qaydasında imtahan verib
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların ictimai birliklərinin rəhbərləri ilə işçi görüş olub (FOTO)
“Azərsu” vətəndaşlara müraciət edib (FOTO)
Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırmanın həcmi artıb
MİDA və YAP Nəsimi Rayon Təşkilatının 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş birgə sosial aksiyası keçirilib (FOTO)
Azərbaycan koronavirusa qalib gələn ilk ölkələr sırasında olacaq - Deputat
İğdır şəhərində 20 Yanvar şəhidləri anılıb (FOTO)
Azərbaycanda iqtisadi artımın yüksək trayektoriyaya keçmək imkanları var - Vüsal Qasımlı
Beynəlxalq Multikulturalizm jurnalı Ali Attestasiya Şurasında qeydiyyata alınıb
Bakı Ali Neft Məktəbində “Qarabağın Təbii Sərvətləri” mövzusunda vebinar keçiriləcək
“Akkord STİK” ASC və “Qazax Sement Zavodu” MMC “Qarabağ Dirçəliş Fondu”na 400 min manat ianə köçürüb
Torpaq sahələrində aqrokimyəvi analizlərin həyata keçirilməsində yeniliklər olacaq
Ötən il özəlləşdirmə və icarədən büdcəyə 72 milyon manat daxil olub
İranda bir gündə 6 minə yaxın şəxs koronavirusa yoluxub, 87 nəfər ölüb
Bakı Slavyan Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Dövlət Vergi Xidməti əməkdaşlarının məqaləsi beynəlxalq nəşriyyatda çap olunub
Aİİ-də 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
“Zəfər yolu” sentyabr ayınadək asfaltlanaraq istifadəyə veriləcək (FOTO)
Şəhidlər Xiyabanına vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Hirkan Milli Parkındakı yanğın nəticəsində dəyən zərər hesablanır - Xidmət rəisi
Ombudsman 20 Yanvar abidə kompleksini ziyarət edib (FOTO)
Məktəblərin açılması xəbərlərinə Təhsil nazirliyindən cavab
Ötən il Mətbuat Şurasına göndərilən şikayətlərin sayı açıqlanıb
Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilir - Fərman
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Aİ ölkələrində yeni avtomobil satışı rekord həddə azalıb
Ermənilərin meşə fonduna, təbii sərvətlərə vurduğu ziyan hesablanır - Nazir müavini (FOTO/VİDEO)
Azərbaycanda yeni qızıl-mis yatağı kəşf edilib (ƏLAVƏ OLUNUB)
Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
Azərbaycan əhalisi benzinə və dizelə 2 milyard manatdan artıq vəsait xərcləyib
COVİD-19-a qarşı vaksin bu şəxslərə vurulmaya bilər - RƏSMİ
Artıq 14 nəfər peyvənd olunub, vəziyyətləri yaxşıdır - Baş həkim
Sabahın hava proqnozu açıqlanıb
Qaxa 35 santimetr qar yağıb (FOTO)
Füzuli rayonunun Şəkərcik kəndi (FOTO/VİDEO)
Şuşada 2 su mənbəyi bərpa olunub, təminatın yaxşılaşdırılması üçün su maşını ayrılıb - Azərsu (ÖZƏL)
Ermənistanda Koçaryanın məhkəməsi bərpa olunub - Etiraz aksiyası keçirilir
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının görəcəyi işlər - SİYAHI
Qida məhsullarının müştərilərə çatdırılması xidməti necə həyata keçirilməlidir?
Azərbaycanda qızıl ucuzlaşıb
Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşib
Koronavirusdan sağalanlar da maskadan istifadə etməlidir - Səhiyyə Nazirliyi
Bütün xəbərlər