...

Xaricilər Azərbaycanda 111 cinayət törədiblər

Cəmiyyət Materials 16 Avqust 2017 13:43 (UTC +04:00)
Bu ilin yanvar-iyun aylarında xarici ölkə vətəndaşları tərəfindən Azərbaycanda 111 cinayət hadisəsi törədilib.
Xaricilər Azərbaycanda 111 cinayət törədiblər

Bakı. Elçin Mehdiyev - Trend:

Bu ilin yanvar-iyun aylarında xarici ölkə vətəndaşları tərəfindən Azərbaycanda 111 cinayət hadisəsi törədilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cinayətlərin 31,5 faizi MDB ölkələrinin vətəndaşları tərəfindən törədilib.

Ümumilikdə 2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 13 182 cinayət faktı qeydə alınıb ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisinə nisbətən 7,5 faiz azdır.

Əhalinin hər 100 min nəfərinə düşən cinayət hadisələrinin sayı da əvvəlki illə müqayisədə 9,5 faiz azalaraq 134 olub. Onların 55,6 faizi az ağır, 30,2 faizi böyük ictimai təhlükə törətməyən, 14,2 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti