Silah anbarında partlayış baş vermiş əraziyə yaxın yaşayış məntəqələrindəki əhali təxliyə edilib

Cəmiyyət Xəbər 27 Avqust 2017 12:52 (UTC +04:00)

Bakı. Trend:

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Giləzi, Sitalçay və digər məntəqələrindəki əhali təxliyə edilib.

Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti