...

Bayram günlərində Bakıda avtobusların fəaliyyətinə xüsusi nəzarət olunacaq

Cəmiyyət Materials 31 Avqust 2017 15:12 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi (BNA) müntəzəm sərnişindaşıma fəaliyyətinə nəzarəti təmin etmək məqsədilə xüsusi rejimdə çalışacaq.
Bayram günlərində Bakıda avtobusların fəaliyyətinə xüsusi nəzarət olunacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Qurban bayramı günlərində Bakı Nəqliyyat Agentliyi (BNA) müntəzəm sərnişindaşıma fəaliyyətinə nəzarəti təmin etmək məqsədilə xüsusi rejimdə çalışacaq.

BNA-dan Trend-ə verilən məlumata görə, Agentliyin əməkdaşları növbəlillik qrafiki əsasında səhər saatlarından axşamadək marşrut avtobuslarının fəaliyyətinə nəzarət edəcəklər.

Bayram günlərində də sərnişinlər 141 çağrı mərkəzinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti