...

Qəbələdəki meşə yanğınlarının 80 faizi lokallaşdırılıb

Cəmiyyət Materials 2 Sentyabr 2017 13:32 (UTC +04:00)
İsti və küləkli hava Qəbələ meşəsindəki yanğının söndürülməsində çətinliklər yaradır.
Qəbələdəki meşə yanğınlarının 80 faizi lokallaşdırılıb

Bakı. Trend:

Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 200-dən çox əməkdaşı cəlb olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, havanın isti və küləkli olması yanğının söndürülməsində çətinliklər yaradır. ETSN və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları ilə yanaşı ictimaiyyət nümayəndələri də yanğının söndürülməsinə cəlb olunub.

Yanğın yüksək dağlıq və çətin relyefdə baş verdiyindən texnikanın həmin əraziyə qalxmasında çətinliklər yaranıb, ona görə də yanğının söndürülməsi üçün bütün vasitələrdən, əsasən əl əməyindən və helikopterdən istifadə olunur. Yanğın 80 faiz lokallaşdırılıb, tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti